"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Beynəlxalq reytinq agentliyi "S&P Global Ratings" "Azər-Türk Bank" ASC-nin (ATB) uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini "B+/B" səviyyəsində, sabit proqnozla təsdiqləyib.
"S&P"nin yaydığı məluçata görə, reytinqin təsdiqlənməsi bankın maliyyə və biznes profilinin yeni inkişaf strategiyası fonunda ümumiyyətlə sabit qalacağı gözləntilərinə əsaslanır.
Bu ilin oktyabrında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ATB-də 51 %-lik payı dövlətdən alaraq bankın yeni majoritar səhmdarı olub. Sövdələşmə korporativ rəsmiləşdirmə və nizamnamədə dəyişikliklər vasitəsilə tamamlanıb.
Bankın yeni idarəetmə komandası oktyabrın ortalarından fəaliyyətə başlayıb. Direktorlar Şurasına iki yeni üzv daxil edilib, baş direktor vəzifəsi hələ vakantdır. Müşahidə Şurasında SOCAR-dan iki, hökumətdən isə bir nümayəndə fəaliyyət göstərir, iki müstəqil direktor isə təsdiqlənmə mərhələsindədir.
Agentlik bildirir ki, ATB SOCAR ilə tranzaksiya bankçılığı və qeyri-neft sektorunda kiçik və orta müəssisələrə kreditlərin genişləndirilməsinə yönəlmiş yeni strategiya hazırlayır. Bu strategiya elan edildikdən sonra "S&P" bankın bazar mövqeyinə və gəlir artımına təsirini qiymətləndirəcək.
"S&P" proqnozlaşdırır ki, növbəti 12 ay ərzində ATB-nin kapitallaşması və risk profili sabit qalacaq. 2026-cı ildə risk nəzərə alınmış kapital əmsalının (RAC) 6-7,5 % arasında olması gözlənilir. Qeyd edilib ki, göstəricinin gələcək dinamikası kredit portfelinin artımı və potensial kapital qoyuluşlarından asılı olacaq.
Agentliyin qiymətləndirməsinə görə, 3-cü mərhələ kreditlərinin payı 2022-2024-cü illərdə sürətli artımdan sonra növbəti 12-24 ay ərzində 4 %-ə qədər yüksələ bilər. 2025-ci ilin sentyabrın 30-na bu göstərici 3,2 %-ə çatıb, 2024-cü ilin sonunda isə 2,2 % olub.
"S&P" ATB-nin 2026-cı ildə Azərbaycan Mərkəzi Bankının "Bazel III" standartlarına keçid planına uyğun olaraq risk idarəetmə sistemini gücləndirmə niyyətini də qeyd edir.
Agentlik ATB-ni SOCAR-ın qeyri-strateji törəmə şirkəti hesab edir və qrupun dəstəyini bankın müstəqil kredit profilinə (SACP) daxil etmir. Bunun səbəbi bankın SOCAR strukturunda kiçik miqyasda olması, əməliyyat fəaliyyətinə inteqrasiyanın olmaması və konkret kapitallaşma planlarının mövcud olmamasıdır.
Bundan əlavə, ATB-nin dövlətlə əlaqəsi məhdud sayılır, dövlətin payı 75 %-dən 24 %-ə endirilib. Agentliyin qiymətləndirməsinə görə, bank əhəmiyyətli sosial rol oynamır və əsasən standart müştəri bazasına xidmət göstərən kiçik kommersiya bankı kimi fəaliyyət göstərir. Buna görə vaxtında və kifayət qədər dövlət dəstəyi alma ehtimalı aşağıdır.
"S&P" hesab edir ki, lazım gəldikdə mümkün dəstək əsas səhmdar SOCAR vasitəsilə həyata keçirilə bilər, lakin bu bankın reytinqinə daxil edilmir.
Nəticədə, sabit proqnoz ATB-nin SOCAR-ın yeni majoritar sahibliyi şəraitində biznes və maliyyə göstəricilərini dayanıqlı saxlaya biləcəyinə dair agentliyin gözləntilərini əks etdirir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Paşinyan Rusiyaya səfər edəcək
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"













.jpg)





.jpg)
