Dənizdə külək enerjisilə bağlı hesabat təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilibEnergetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
Kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na (bundan sonra Strategiya) müvafiq olaraq ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin sosial-iqtisadi inkişafı yeni səviyyəyə çatdırdığını vurğulayıb, bu istiqamətdə Energetika Nazirliyinin əsas icraçısı olduğu “Yaşıl enerji” məkanı sahəsində əldə edilmiş nəticələri qeyd edib.
İclas zamanı “Yaşıl enerji” məkanı çərçivəsində nəzərdə tutulan tədbirlər, o cümlədən bərpa olunan enerji infrastrukturunun dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi, enerji səmərəliliyinin təmin edilməsi istiqamətlərində həyata keçirilmiş işlər barəsində hesabat təqdim olunub.
Eyni zamanda, “Azərbaycan Respublikasının Energetika Nazirliyi Kollegiyasının 2026-cı il üçün İş Planı”nın layihəsi təqdim olunub, bu çərçivədə görüləcək işlər haqqında məlumat verilib.
İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)









.jpg)
