Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Azərbaycanda beynəlxalq təcrübədə geniş tətbiq olunan üfüqi monitorinq mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğvi nəzərdə tutulur. Marja.az-ın Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata görə, yeni yanaşma orta və iri vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mexanizminin qurulmasına imkan yaradacaq. Bununla da vergi ödəyicilərinin hüquqlarının daha geniş təmin olunması hədəflənir.
Üfüqi monitorinq modelinin tətbiqi üçün vergi ödəyicisinin orta və ya iri sahibkar statusuna malik olması, avtomatlaşdırılmış uçot sistemindən istifadə etməsi və daxili nəzarət sisteminin qurulması əsas şərtlər sırasında yer alır. Bu model çərçivəsində vergi ödəyicisinin əsas öhdəliklərinə vergi risklərinin əvvəlcədən vergi orqanına açıqlanması, daxili nəzarət və hesabatlılıq mexanizmlərinin təmin edilməsi daxildir.
Nəzarət və məsuliyyət mexanizmlərinə gəldikdə isə, üfüqi monitorinq iştirakçıları üzrə səyyar vergi yoxlamalarının aparılması yalnız istisna hallarda mümkün olacaq. Vergi ödəyicisi tərəfindən risklər əvvəlcədən açıqlanarsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Açıqlanmayan risklərin vergi orqanı tərəfindən aşkar edilməsi hallarında isə 25 faiz məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
Yeni model vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır. Belə ki, vergi yoxlamalarının sayının azalması inzibati yükün yüngülləşməsinə, əvvəlcədən məsləhətləşmə mexanizmi vasitəsilə vergi risklərinin minimuma endirilməsinə imkan verəcək. Eyni zamanda, vergi orqanları ilə qarşılıqlı etimadın möhkəmlənməsi, şəffaflığın artması, sahibkarların maliyyə intizamının və korporativ idarəetmə səviyyəsinin yüksəlməsi gözlənilir.
Bununla yanaşı, üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu ilə hesablanması seçiminin verilməsi nəzərdə tutulur.
Görülən tədbirlər nəticəsində vergi intizamının yüksəlməsi, vergi inzibatçılığının səmərəliliyinin artması, uzunmüddətli dövrdə büdcə gəlirlərinin daha sabit və dayanıqlı formalaşması, eləcə də vergi ödəyiciləri ilə dövlət arasında etimada əsaslanan müasir vergi idarəetmə modelinin formalaşması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
7 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul

















.jpg)






.jpg)
