"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
"Azərbaycan Dəmir Yolları"nın özündən böyük defisiti var"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2024-cü ili 1 milyard 819 milyon 495 min manat xalis zərər ilə başa vurub. QSC 2023-cü ili 100 milyon 963 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il 2023-cü illə müqayisədə "Azərbaycan Dəmir Yolları"nın xalis zərəri 18 dəfə və ya 1 milyard 718 milyon 532 min manat artıb.
Marja.az dövlət şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, dövlət şirkətinin cəmi əsas əməliyyat gəlirləri 2023-cü ildə 602 milyon 672 min manat ikən, 2024-cü ildə 614 milyon 747 min manat təşkil edib (cəmi 12 milyon 75 min manat və ya 2% artıb). Həmçinin ADY maliyyə və valyuta mübadiləsindən 63 milyon 71 min manat gəlir əldə edib.
Ötən il ADY-nin cəmi əməliyyat gəlirləri 677 milyon 818 min manat, cəmi əməliyyar xərcləri 2 milyard 518 milyon 420 min manat, əməliyyat zərəri 1 milyard 840 milyon 602 min manat tşəkil edib. Xərclərin 1 milyard 728 milyon 994 min manatı sair aktivlər üzrə dəyərsizləşmə zərəri olub.
31 dekabr 2024-cü il tarixində ADY-nin yığılmış defisiti (zərəri) 6 milyard 263 milyon 562 min manat təşkil edib (2023-cü ilin sonunda 4 milyard 447 milyon 572 min manat). Bu defisit ADY-nin cəmi aktivlərinin (4 milyard 464 milyon 545 min manat) məbləğindən yüksəkdir.
"Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr 2024-cü il tarixində 4 milyard 464 milyon 545 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 5 milyard 966 milyon 950 min manat cəmi aktivlərə malik idi. Əsas vəsaitlərin əmlak, tikili və avadanlıqlar bəndi üzrə azalma cəmi aktivlərin düşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
-
19 d. əvvəl
9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI
- 29 d. əvvəl
-
34 d. əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 35 d. əvvəl
-
44 d. əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Ən çox oxunanlar
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb





















