970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bolt Akselerasiya” proqramı haqqında

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi,SUP.VC və Bolt-un birgə təşkilatçılığı ilə həyata keçirilən Bolt Akselerasiya Proqramı sürücü və kuryerlərə yönəlmiş innovativ həllərin inkişafını dəstəkləyən xüsusi təşəbbüsdür. Proqram 8 həftəlik təlim və 4 həftəlik intensiv mentorluq mərhələsi olmaqla, ümumilikdə 12 həftəlik inkişaf prosesini əhatə edib.

Bu müddət ərzində seçilmiş startaplar mentorluq dəstəyi, praktiki təlimlər, şəbəkələşmə imkanları və investorlarla birbaşa əlaqə qurmaq imkanı əldə ediblər. Proqramın əsas məqsədi mobil xidmətlər ekosistemində dayanıqlı, texnoloji və miqyaslana bilən biznes modellərinin formalaşmasına töhfə verməkdir.

Bolt Akselerasiya proqramı Bolt-un qlobal ‘‘Urban Fund’’ layihəsinin tərkib hissəsidir və sürücülər və kuryerlərin iqtisadi potensialını inkişaf etdirməyə, yenilikçi biznes konsepsiyalarına yardım göstərməyə həsr olunub. Bu təşəbbüs Nigeriya, Keniya, Qana, Cənubi Afrika Respublikası və Avropa ölkələrində müvəffəqiyyətlə tətbiq edilərək 30-dan artıq biznes layihəsinin həyata keçirilməsində töhfə verib.

Demo Day-in qalib startapları

1-ci yer (10 000 AZN)

Abdulla Bəşiroğlu – Stride

https://tutor.stride.az/product-demo

2-ci yer (7 000 AZN)

Gülnar Kazımzadə – Çöldəki Dayəm

https://coldeki-dayem.labrin-account.workers.dev/

3-cü yer (4 500 AZN)

Mirhüseyn Cavadzadə – YEDDİ

https://foodrescue-demov2.netlify.app/

Şirin Allahyarov – Yelləncəklər

https://sites.google.com/view/yellencekler/ev

Etibar Əliyev – SƏS

https://sdm.lovable.app/

4-cü yer (3 000 AZN)

Vəfa Əsgərova – Lady Drive

https://lady-drive.labrin-account.workers.dev/

Vaqif Hüseynov – CityCars

https://citycar-pilot.lovable.app/auth

Startaplar haqqında

Stride – fərdi müəllimlər üçün dərs prosesini, ödənişləri və ünsiyyəti vahid platforma üzərindən idarə etməyə imkan verən ağıllı idarəetmə sistemidir.

Çöldəki Dayəm – uşaqlar üçün təhlükəsiz və etibarlı taksi xidməti təqdim edən həllərdən biridir.

YEDDİ – kafe və restoranlarda gün sonu artıq qalan yeməklər üçün endirim imkanları yaradan platformadır.

Yelləncəklər – uşaq parklarını ağıllı, təhlükəsiz və rəqəmsal oyun məkanlarına çevirən texnoloji həlldir.

SƏS – məcburiyyət və qapalı şərait olmadan asılılıqla mübarizə aparan şəxslərin reabilitasiyasına dəstək göstərən platformadır.

Lady Drive – qadınlar üçün nəzərdə tutulmuş xüsusi taksi xidməti təqdim edir.

CityCars – avtomobil parklarını müştərilərlə birləşdirən vahid rəqəmsal platformadır.

Gələcək perspektivlər

Bolt Akselerasiya Proqramı çərçivəsində keçirilən Demo Day yalnız yekun mərhələ deyil, eyni zamanda startaplar üçün yeni inkişaf imkanlarının başlanğıcıdır. Proqramı uğurla başa vuran komandalar üçün investisiya cəlbi, strateji tərəfdaşlıqların qurulması və yerli və beynəlxalq bazarlara çıxış istiqamətində proseslər artıq formalaşmaqdadır.

SUP.VC və Bolt gələcək mərhələlərdə proqramın miqyasının genişləndirilməsini, yeni kohortların keçirilməsini və sürücü–kuryer yönümlü texnoloji həllərin daha geniş ekosistemə inteqrasiyasını hədəfləyir. Məqsəd mobil xidmətlər sahəsində innovativ startapların dayanıqlı inkişafını təmin etmək və regionda güclü startap ekosisteminin formalaşmasına töhfə verməkdir.

Əlaqə:

Telefon: +994 50 123 45 67

Veb: www.sup.vc

Bolt SUP.VC Demo Day Akselerasiya Proqramı Bolt Akselerasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplar mentorluq təlim şəbəkələşmə investorlar mobil xidmətlər biznes modelləri Urban Fund sürücülər kuryerlər Nigeriya Keniya Qana Cənubi Afrika Avropa qalib startaplar Stride Çöldəki Dayəm YEDDİ Yelləncəklər SƏS Lady Drive CityCars texnoloji həllər investisiya cəlbi strateji tərəfdaşlıqlar beynəlxalq bazarlar startap ekosistemi region dayanıqlı inkişaf kohortlar
23.12.2025 18:11

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18