Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Hərbi təyinatlı məhsulun istehsalı üzrə 15 şirkətə lisenziya verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərbi təyinatlı məhsulun istehsalı üzrə 15 şirkətə lisenziya verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Biz son vaxtlar bu istiqamətə yeni prizmadan yanaşmağa başlamışıq və mənim göstərişimlə özəl şirkətlər bu sahəyə cəlb olunublar. Bildiyiniz kimi, mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi. Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət alıb".

Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

İş elanları AzVak.az-da

Prezident əlavə edib:

"Biz keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur. Biz bu sahəyə bir neçə prizmadan baxırıq. Birincisi, daxili istehlakı daxili istehsalla maksimum təmin etmək. İkincisi, böyük sənaye sahəsi yaratmaq. Üçüncüsü, müasir kadr potensialı yaratmaq və ixrac imkanlarımızı genişləndirməkdir ki, bu sahəyə, eyni zamanda, gəlir gətirən sahə kimi baxmağa başlamışıq.

Yenə də deyirəm, ilkin mərhələdə məqsəd ancaq idxaldan asılılığı azaltmaq idi. Bu gün isə biz buna, o cümlədən biznes istiqaməti kimi baxırıq. Çünki dünyada, əfsuslar olsun ki, müharibələrin sayı artır, hərbi təyinatlı məhsullara tələbat artır. Onların qiyməti kəskin artıb. İlk növbədə, sursatların qiyməti kəskin artıb. Ona görə bu, bizim üçün alternativ valyuta mənbəyi ola bilər və qoyduğum qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır. Hesab edirəm ki, biz bu rəqəmə üç-dörd ilə çata bilərik. Bu, tam realdır. Xarici şirkətlərdən də çox böyük maraq var, yerli şirkətlər də fəal işləyirlər. Yəni əminəm ki, yaxın gələcəkdə Azərbaycan ictimaiyyəti bu sahədə gedən işlərlə tanış olacaq".

06.01.2026 11:32

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18