Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

12 yanvar 2026-cı il tarixindən fəaliyyətə başlayacaq Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki açıqlanıb.

Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.

Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.

Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki  və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

İş elanları AzVak.az-da

Gəncə–Qəbələ qatarı Gəncə Qəbələ Gəncə marşrutu ADY qatar cədvəli Gəncə Dəmiryol Vağzalı Qəbələyə qatarla səfər Bakıdan Qəbələyə qatar Ləki stansiyası qatar əlaqəsi Bakı–Qazax qatarı Qazax–Bakı qatarı regional dəmir yolu marşrutları Azərbaycan dəmir yolları sərnişin daşımaları elektrik qatarları Azərbaycan qatar biletləri qiymətləri ADY Mobile bilet alışı qatar hərəkət qrafiki 2026 Gəncə Yevlax Ləki Ağdaş qatar dayanacaqları Qəbələ turizm nəqliyyatı sərnişin qatarları Azərbaycan qatarla regionlara səyahət
07.01.2026 19:33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18