970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Avant Group" MMC ləğv edilir - "Avant Group" MTK fəaliyyətini davam etdirir

133213
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Avant Group" MMC ləğv edilir - "Avant Group" MTK fəaliyyətini davam etdirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Avant Group" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.

Marja.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 49C, Çıraq plaza 5-ci mərtəbə ünvanına bildirə bilərlər.

31 yanvar 2024-cü il tarixində dövlət qeydiyyatına alınmış və 100 manat nizamnamə kapitalı olan "AVANT GROUP" MMC-nin (veb saytı avantgroup.az) qanuni təmsilçisi Hümbətov Azər Fəxrəddin oğludur.  Şirkətin Direktorlar Şurasının Sədri Əli Hüseynovdur. "Avant Group"un inşaat sahəsində göstərdiyi fəaliyyət çoxşaxəli infrastruktura malik irimiqyaslı layihələri əhatə edir. Şirkət lüks və premium otellər, yaşayış kompleksləri, eləcə də ticarət obyektlərinin tikintisi və təmiri daxil olmaqla, 30-dan çox dövlət və ictimai əhəmiyyətli layihələrin icrasını həyata keçirmişdir. İnşaat layihələrinin məqsədi infrastrukturu inkişaf etdirmək, regionun iqtisadi cəlbediciliyinə təsir göstərmək və müasir memarlıq ənənəsinə töhfə verməkdir. Daşınmaz əmlak layihələrinin inşatı biznesi istiqamətində Avant Development lüks, premium və komfort seqmentində yaşayış komplekslərini inşa edir. Bu istiqamətdə istehlakçılarla 4800-dən çox mənzil təhvil verilmişdir. 

Bir müddət əvvəl  "Avant Group" və "Moonwake Investment" tərəfindən Bakıda “Avenue 8” layihəsinin icra ediləcəyi bəyan edilmişdir. "PAŞA Bank" və "Avant Group" arasında strateji əməkdaşlığı təsdiqləyən rəsmi Anlaşma Memorandumu imzalanmışdır. 

Qeyd edək ki, Azərbaycanda "Avant Group" MTK adlı da şirkət fəaliyyət göstərir (veb-saytı avant.az). "Avant Park", "Avant Vista" və "Avant Nova" yaşayış kompleksləri "Avant Group" MTK şirkətinin layihələridir.  

09.01.2026 15:18

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18