Banklarda Agile niyə işləmir?
Son illərdə Azərbaycan bank sektorunda “Agile”, “Scrum”, “Product Owner”, “Sprint” kimi terminlər gündəlik iş dilinə çevrilib. Bir çox bank Agile transformasiya proqramları elan edib, beynəlxalq konsultantlar cəlb olunub, komandalar yenidən qurulub. Kağız üzərində hər şey müasir və çevik görünür.
Amma təcrübə göstərir ki, bu dəyişikliklər çox vaxt gözlənilən nəticəni vermir. Məhsullar yenə gecikir, müştəri məmnuniyyəti ciddi artmır, komandalar isə əvvəlkindən daha çox yorulur. Agile var, amma çeviklik hiss olunmur. Bu paradoksal vəziyyət vacib sual doğurur: Banklarda Agile doğrudan da işləmir, yoxsa biz onu səhv tətbiq edirik?
Agile metod deyil, idarəetmə fəlsəfəsidir
Ən böyük yanlışlıq Agile-in texniki metod kimi qəbul edilməsidir. Bir çox bank Agile-i belə başa düşür ki, Scrum iclaslarını tətbiq edək, Jira və Confluence quraq və əməkdaşlara Agile təlimi keçirək. Amma Agile bunların heç biri deyil. Bunlar sadəcə alətlərdir. Agile-in mahiyyəti isə sürətli qərarvermə, səlahiyyətin komandaya yaxınlaşdırılması, dəyərin tez ölçülməsi və səhvdən öyrənmə mədəniyyətidir. Əgər bu prinsiplər idarəetmə səviyyəsində qəbul olunmursa, Agile yalnız icraçı komandaların üzərinə əlavə yükə çevrilir.
Köhnə idarəetmə + yeni terminlər = gizli konflikt
Banklarda tez-tez ziddiyyət yaranır. Komandalardan çevik olmaları tələb olunur. Amma, qərarlar hələ də klassik, çoxpilləli iyerarxiya ilə verilir. Risk komitələri ayda bir dəfə toplanır. Prioritet dəyişiklikləri sprintin ortasında gəlir. Bu mühitdə komanda sprint planlayır, amma planın ömrü bir neçə gün olur. Nəticədə Agile planlama aləti yox, stress generatoru rolunu oynayır.
Məhsul sahibi problemi: rol var, səlahiyyət yoxdur
Agile-in mərkəzində Məhsul sahibi dayanır. Amma Bank sektorunda bu rol çox vaxt formal xarakter daşıyır. Praktikada tez-tez müşahidə olunur ki, Məhsul sahibi məhsula cavabdehdir, amma prioritetləri biznes deyil, müxtəlif rəhbərlər müəyyən edir. Məhsul backlog-u var, amma qərarlar komitələrdə verilir. Məhsul sahibindən strateji düşüncə gözlənilir, amma ona “yox” demək səlahiyyəti verilmir. Belə şəraitdə Məhsul sahibi lider yox, “tapşırıq ötürücü” funksiyasını yerinə yetirir. Halbuki Agile-də Məhsul sahibi biznes dəyərinin qoruyucusudur.
KPİ-lar düzgün qurulmayanda Agile zərər verir
Bir çox Bankda Agile komandaların performansı hələ də klassik ölçülərlə qiymətləndirilir. Neçə task bağlanıb? Sprint vaxtında bitibmi? Planlaşdırma neçə faiz icra olunub? Bu metriklər komandanı iş görməyə təşviq edir, amma dəyər yaratmağa yox. Agile-in əsas məqsədi isə çox iş görmək deyil, doğru işi görməkdir. Əgər komanda səhv məhsulu sürətlə çatdırırsa, Agile problemi həll etmir – onu sadəcə sürətləndirir.
Risk mədəniyyəti və Agile bir-birinə uyğun gəlmir
Bank sektoru təbii olaraq riskə həssasdır. Amma burada incə fərq var ki, Agile riskləri idarə etməyi təklif edir. Bank mədəniyyəti isə çox vaxt riskdən tam qaçmağa çalışır. Buna görə də kiçik eksperimentlər belə uzun təsdiq prosesindən keçir. MVP anlayışı “tam hazır məhsul” kimi başa düşülür. Səhv etmək cəza ilə assosiasiya olunur. Bu mühitdə Agile-in əsas mexanizmi – öyrənərək irəliləmək – işləyə bilmir.
Agile transformasiya niyə tez-tez “təlim mərhələsində” qalır?
Bir çox bankda Agile transformasiya belə başa düşülür ki, əməkdaşları öyrətdik, indi növbə onlardadır. Amma, real transformasiya Struktur dəyişmədən, Rəhbərlik davranışı dəyişmədən və qərarvermə sürəti artmadan mümkün deyil. Agile-i tətbiq edib nəticə almayan bankların çoxunda problem komandalarda yox, liderlik səviyyəsindədir.
Agile-in işləməsi üçün banklar nəyi dəyişməlidir?
Agile-in bank mühitində real nəticə verməsi üçün Məhsul sahiblərinə real qərar səlahiyyəti verilməlidir. KPİ-lar output-a yox, outcome-a bağlanmalıdır. Rəhbərlik sürəti sözlə yox, gündəlik davranışla dəstəkləməlidir. Səhv etmək gizlədilən hadisə yox, öyrənmə aləti olmalıdır. Əks halda Agile banklarda yalnız yeni terminli köhnə idarəetmə olaraq qalacaq.
Nəticə
Banklarda Agile-in işləməməsinin səbəbi metodologiya deyil. Əsas problem idarəetmə zehniyyətinin çevik olmamasıdır. Agile yalnız komandalara deyil, liderlərə də tətbiq olunanda real dəyər yaradır. Əks halda banklar “Agile edirik” deyəcək, amma müştəri üçün heç nə dəyişməyəcək.
Müəllif: Toğrul Xəlilov, Baş Məhsul sahibi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
12 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
13 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)










.jpg)






