Qlobal elektromobil satışı yanvarda azalıb
Dünyada elektrikli avtomobil satışı yanvarda illik müqayisədə 3 faiz azalaraq 1,2 milyon ədəd təşkil edib.Londonda yerləşən məlumat analitikası şirkəti "Benchmark Mineral Intelligence" yanvar ayı üzrə elektrikli avtomobil (elektromobil) satışı göstəricilərini yayımlayıb.
Marja xəbər verir ki, ötən ay qlobal miqyasda 1,2 milyon ədəd elektromobil satılıb. Bu göstərici elektrikli avtomobil satışlarında illik müqayisədə 3 faiz və aylıq müqayisədə 44 faiz azalma olduğunu göstərib (2025-ci ilin yanvar ayı ilə müqayisə illik, ötən ilin dekabr ayı ilə müqayisə isə aylıq müqayisədir).
Elektrikli avtomobil satışlarında yanvardakı azalma Çin bazarındakı satışların aylıq 55 faiz və illik müqayisədə 20 faiz azalmasının təsiri ilə baş verib. Çində ötən ay 600 min elektrikli avtomobil satılıb.
Çində elektrikli avtomobillər 2014-cü ildən bəri ilk dəfə olaraq alış vergisinə cəlb edilib. Bundan əlavə, ölkədə elektrikli avtomobillərə tətbiq edilən subsidiyaların səviyyəsi ötən illə müqayisədə azaldılıb və xüsusilə kiçik avtomobillərdə qiymət endirimləri qismən əhəmiyyətini itirib. Bu iki mühüm dəyişiklik ölkədə elektrikli avtomobil satışlarında azalmaya səbəb olub.
Çin və ABŞ-da satışlar zəifləyərkən, Avropa və dünyanın qalan hissəsində artıb
Şimali Amerika regionunda elektrikli avtomobil satışı yanvarda illik müqayisədə 33 faiz azalaraq 90 min ədəd olub. Bu azalma 2022-ci ilin əvvəlindən bəri elektrikli avtomobil satışlarında ən aşağı aylıq səviyyənin müşahidə edildiyi ABŞ bazarından qaynaqlanıb.
ABŞ-ın elektromobil bazarı 30 sentyabr 2025-ci ildə federal təşviqlərin və yanacaq standartları cərimələrinin ləğv olunması, avtomobil istehsalı və təchizat zəncirlərini lokallaşdırmağı hədəfləyən proteksionist siyasətlərin tətbiqindən sonra çətinlik yaşamağa davam edir.
Dünyanın qalan hissəsində isə elektrikli avtomobil satışları illik müqayisədə 92 faiz artaraq 190 min ədəd olub. Cənubi Koreya, Braziliya və Taylandda satışlarda müşahidə olunan artım diqqət çəkib.
Avropada elektromobil satışı yanvarda illik müqayisədə 24 faiz artaraq 320 minə çatmasına baxmayaraq, əvvəlki aya nisbətən 33 faiz azalıb. Avropa elektrikli avtomobil bazarında 2025-ci ildə müşahidə olunan artım tempi davam edərkən, Avropada elektrikli avtomobil subsidiyaları 12 ay əvvələ nisbətən dəyişib.
Digər tərəfdən, Norveçdə satışlar illik müqayisədə 71 faiz, Niderlandda isə 28 faiz azalıb.
"Rho Motion" şirkətinin Məlumat Direktoru Çarlz Lester göstəricilərlə bağlı qiymətləndirməsində elektromobil bazarının bu ilə 2025-ci illə müqayisədə “tanınmaz bir başlanğıc” etdiyini deyib.
Çində elektrikli avtomobillərə dair iki mühüm dəyişikliyə diqqət çəkən Lester aşağıdakı məlumatları paylaşıb:
“Avropadakı güclü artım Şimali Amerika ilə kəskin ziddiyyət təşkil edir. Şimali Amerikada elektromobil bazarı yenidən tənzimlənmə dövründən keçir. ABŞ-də Prezident Donald Trampın istehlakçılar və istehsalçılar baxımından elektrikli avtomobil təşviqlərini geri çəkməsindən sonra avtomobil istehsalçıları investisiya və istehsal planlarını yenidən tənzimləyirlər. Ford, General Motors və Stellantis Şimali Amerika strategiyalarını elektrikli avtomobillərdən uzaqlaşdırarkən milyardlarla dollar məbləğində ciddi dəyər azalması qeydə alıblar. Kanada 2025-ci ildə subsidiya proqramının başa çatmasından sonra elektrikli avtomobil bazarını canlandırmaq istəyir. Kanada hökuməti 1 oktyabr 2024-cü ildən etibarən ilk dəfə Çində istehsal olunan 49 minədək elektrikli avtomobilin ölkəyə 100 faizdən aşağı gömrük rüsumu ilə daxil olmasına icazə vermək üçün Çinlə razılaşma imzalayıb.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)





