Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Marja xəbər verir ki, Vergi Məcəlləsindin 33.8-1-ci maddəsi aşağıdakı redaksiyada dəyişdirilib:

“33.8-1. Vergi orqanlarında uçotda olmayan şəxslərə (əhaliyə) elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) alıcısı Azərbaycan Respublikasında olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu maddədə qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçirilir.

Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik Banklar haqqında qanun dəyişiklik Gömrük tarifi haqqında qanun elektron ticarət vergi qaydaları qeyri-rezidentlərin vergi uçotu onlayn xidmətlərə vergi tələbi 10000 dollar dövriyyə həddi elektron qaydada vergi qeydiyyatı ƏDV qeydiyyatı qeyri-rezident ƏDV bəyannaməsi təqdim edilməsi internet informasiya ehtiyatı vasitəsilə satış Azərbaycanda alıcısı olan xidmətlər elektron ticarət qanunvericiliyi vergi uçotuna alınma müddəti 30 gün könüllü vergi qeydiyyatı daimi nümayəndəlik istisnası onlayn biznes vergi tənzimlənməsi rəqəmsal iqtisadiyyat vergitutma xarici platformalara vergi tələbi Azərbaycan vergi islahatı elektron xidmətlər üzrə vergi siyasəti
23.02.2026 16:18

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18