970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi

Qətərin energetika naziri neftin qiymətinin 150 dollar olacağını və qazın qiymətinin 4 dəfə artacağını proqnozlaşdırır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Əgər tankerler Hörmüz boğazından keçə bilməsə, neftin barelinin qiyməti iki-üç həftə ərzində 150 ABŞ dollarına qədər qalxa, qazın qiyməti isə Yaxın Şərqdəki münaqişədən əvvəlki qiymətlərlə müqayisədə təxminən dörd dəfə artaraq MWh üçün 117 avroya çata bilər".

Marja.az xəbər verir ki, bunu Qətərin energetika naziri Saad Şerida əl-Kaabi (Saad Sherida əl-Kaabi) Financial Times (FT) qəzetinə bildirib.

Nazir xəbərdarlıq edib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi dünya iqtisadiyyatını sarsıda bilər: "Əgər körfəzdəki bütün neft və qaz ixrac edən ölkələr bir neçə gün ərzində hasilatı dayandırsa, neftin qiyməti rekord səviyyələrə qalxacaq".

Amma münaqişə dərhal dayansa belə, Qətərin ölkədə ən böyük LNG istehsal zavoduna İran dronunun zərbəsindən sonra normal təchizat dövrünə qayıtması üçün "bir neçə həftədən bir neçə aya" ehtiyacı olacaq.

"Qətər qazının yalnız kiçik bir hissəsini Avropaya ixrac edir. Lakin böhran yaranarsa, Avropa ciddi çətinliklərlə üzləşəcək, çünki Asiyadakı alıcılar bazarda mövcud olan hər hansı qaz üçün avropalılardan daha yüksək qiymətlər təklif edəcəklər",- deyə əl-Kaab xəbərdarlıq edib.

 

Onun fikrincə, Fars körfəzi ölkələri müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəklər. “Biz gözləyirik ki, hələ fors-major elan etməyənlərin hamısı vəziyyət həll olunana qədər yaxın günlərdə bunu edəcək. Fars körfəzi regionundakı bütün ixracatçılar fors-major elan etməyə məcbur olacaqlar”, – Qətərin energetika naziri hesab edir.

Neftin qiyməti 90 dollara yaxınlaşıb

Yaxın Şərqdəki münaqişələrin davam etməsi səbəbindən neft qiymətləri yüksəlir. Xüsusilə Hörmüz boğazında tankerlərin hərəkətinin dayanması neft qiymətlərində artımı sürətləndirib. Bu səbəbdən Brent neftinin qiyməti 89 dolları, ABŞ xam neftinin qiyməti isə 86 dolları aşıb. Bakı vaxtı ilə saat 16:40-da Brent nefti 4,4% bahalaşama ilə 89,16 dollara ticarət olunub.

İş elanları AzVak.az-da

06.03.2026 16:48

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18