970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiyada Çin şirkətlərinin sayı 5 ildə 10 dəfə artıb

2021-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər Rusiyada Çindən təsisçiləri və ya həmtəsisçiləri olan şirkətlərin sayı 10 dəfə artaraq 1434-dən 14 798-ə yüksəlib. Xarici iştirakla olan təşkilatların ümumi sayında Çin iştiraklı biznesin payı beş il ərzində 3,6%-dən 22,3%-ə yüksəlib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada Çin şirkətlərinin sayı 5 ildə 10 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci ilin Dekabr ayından 2026-cı ilin fevral ayınadək Rusiyada Çindən təsisçisi və ya həmtəsisçisi olan şirkətlərin sayı 1434-dən 14 798-ə yüksəlib. Rusiyada Çinin hüquqi və fiziki şəxslərinin payı olan bizneslərin xarici investisiyalı şirkətlər arasındakı xüsusi çəkisi beş il ərzində 3,6%-dən 22,3%-ə qalxıb.

Marja.az "Rusprofil" xidmətinin məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ildə ölkədə 1434 belə hüquqi şəxs qeydiyyatdan keçibsə, 2022-ci ildə bu göstərici 829, 2023-cü ildə 1734, 2024-cü ildə 2948, 2025-ci ildə isə 4317 təşkil edib.

Analitiklərin qeyd edib ki, hazırda ən çox Çindən təsisçisi olan şirkətlər poçt və ya internet vasitəsilə pərakəndə ticarət sahəsində fəaliyyət göstərir və marketpleyslərdə alış-verişlə bağlıdır – 2992 şirkət. İkinci yerdə ümumi topdan satış (628 təşkilat), üçüncü yerdə isə birbaşa internet vasitəsilə pərakəndə satış (590 şirkət) gəlir.

Beşlikdə həmçinin Çindən təsisçiləri olan və yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlər (397) və restoranlar və ərzaq çatdırılması xidmətləri (341) də yer alıb.

Analitiklərin fikrincə, bu artım əvvəllər qərb təchizatçıları tərəfindən "zəbt edilmiş" boş sahələrin yaranması və onlayn ticarətdə "partlayış" nəticəsində baş verib.

İş elanları AzVak.az-da

10.03.2026 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18