Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp İran müharibəsini 2–3 həftə ərzində başa çatdıracaqlarını bildirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp İran müharibəsini 2–3 həftə ərzində başa çatdıracaqlarını bildirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp İran müharibəsini nə vaxt başa çatdıracaqları ilə bağlı suala cavab olaraq, “Düşünürəm ki, iki və ya üç həftə ərzində. Sonra isə oradan çəkiləcəyik”, deyib.

Tramp Ağ Evdə keçirilən prezident fərmanlarının imzalanması mərasimindən sonra jurnalistlərin İranla bağlı suallarını cavablandırıb.

İranda mövcud rəhbərliyi aradan qaldıraraq bir növ “rejim dəyişikliyi” həyata keçirdiklərini iddia edən Tramp belə deyib:

“İranda rejim dəyişikliyini artıq çoxdan həyata keçirmişik. Bir rejimi devirdik, sonra ikinci rejimi də devirdik. İndi isə tamamilə fərqli bir insan qrupu var. Məncə onlar daha uyğundurlar, daha az radikaldırlar.”

Tramp “ABŞ İrandakı müharibəni nə vaxt bitirəcək?” sualına cavabında belə deyib:

“Düşünürəm ki, iki və ya üç həftə ərzində. Sonra isə oradan çəkiləcəyik.”

ABŞ-ın Hörmüz boğazı ilə heç bir əlaqəsinin olmadığını və bu boğazdan keçən neftə ehtiyacı olan ölkələrin məsələ ilə bağlı özlərinin addım atmalı olduqlarını bildirən Tramp belə deyib:

“Çox yaxın zamanda oradan (İrandan) ayrılacağıq. Fransa və ya başqa bir ölkə neft və ya təbii qaz almaq istəyirsə, Hörmüz boğazından keçərək ora gedə bilər və öz problemlərini özü həll edə bilər. Bunun bizimlə heç bir əlaqəsi yoxdur.”

Tramp bildirib ki, ABŞ-ın əsas məqsədi olan “İranın nüvə silahına sahib olmaması” hədəfinə artıq nail olunub və Tehranın bir daha heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini iddia edib.

İş elanları AzVak.az-da

01.04.2026 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18