"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
"TCF" BOKT ASC 2025-ci ili 808 min 970 manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2024-cü ili 423 min 977 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "TFC" BOKT-ın xalis mənfəəti 384 min 993 manat və ya 90,8% artıb.
Marja.az xəbər verir ki, "TCF" BOKT-ın cəmi faiz və komissiya gəlirləri 2024-cü ildə 2 milyon 508 min manat manat ikən, 2025-ci ildə 2 milyon 66 min manat təşkil edib (442 min manat və ya 17,6% azalıb).
Ötən il "TCF" BOKT-ın gəlirlərinin azalmasına paralel olaraq faiz xərclərinin azalması, ehtiyat ayırmalarının bərpası, inzibati və dgiər əməliyyat xərclərinin azaldılması hesabına mənfəətində artım baş verib.
Ötən il "TCF" BOKT ASC-nin kredit portfeli 3,8 dəfə azalaraq 3 milyon 746 min manata düşüb. Təşkilat 2024-cü ilin sonunda 14 milyon 378 min manat kredit portfelinə malik idi.
2010-cu ildə yaradılmış "TCF" BOKT ASC-nin 450 min manat nizamnamə kapitalınını 100%-i "Baku Electronics" MMC-yə məxsusdur.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
51 d. əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
51 d. əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır






















