İntel-in gəliri ilk rübdə 7 faiz artıb
ABŞ-ın çip istehsalçısı Intel-in gəliri bu ilin ilk rübündə illik müqayisədə 7 faiz artım göstərib.
Intel yanvar–mart dövrünə dair maliyyə hesabatını açıqlayıb. Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 13,6 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 12,7 milyard dollar gəlir əldə etmişdi. Intel-in bu dövrdəki gəliri bazar gözləntilərini də üstələyib.
Ötən ilin ilk rübündə 821 milyon dollar xalis zərər açıqlayan şirkət, bu ilin eyni dövründə 3,7 milyard dollar zərəri olduğunu bildirib.
Çip istehsalçısının səhm üzrə zərəri bu dövrdə 73 sent təşkil edib. Intel ötən ilin ilk rübündə səhm üzrə 19 sent zərər açıqlamışdı.
Şirkət birdəfəlik xərclər nəzərə alınmadıqda isə səhm üzrə 29 sent mənfəət əldə etdiyini qeyd edib.
Intel bu ilin ikinci rübü üçün gəlir proqnozunu 13,8 milyard –14,8 milyard dollar aralığında olacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























