ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
ABŞ enerji şirkətləri ExxonMobil və Chevron-un xalis mənfəətləri, İranda baş verən müharibə səbəbindən neft qiymətlərində kəskin artım olmasına baxmayaraq, birinci rübdə müvafiq olaraq 46% və 37% azalıb.Enerji şirkətləri ExxonMobil və Chevron bu ilin yanvar–mart dövrünə dair maliyyə hesabatlarını açıqlayıb.
Marja xəbər verir ki, ExxonMobil-in birinci rübdə xalis mənfəəti illik müqayisədə 46% azalaraq 4,2 milyard dollara enib. ExxonMobil 2025-ci ilin birinci rübündə 7,7 milyard dollar mənfəət açıqlamışdı.
Enerji şirkətinin ötən ilin birinci rübündə 1,76 dollar olan səhm üzrə xalis mənfəəti bu ilin birinci rübündə 1 dollara düşüb. Chevron-un xalis mənfəəti də yanvar–mart dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 37% azalaraq 2,2 milyard dollara geriləyib.
Şirkət 2025-ci ilin yanvar–mart dövründə 3,5 milyard dollar mənfəət əldə etmişdi.
Chevron-un ötən ilin birinci rübündə 2 dollar olan səhm üzrə xalis mənfəəti də bu ilin birinci rübündə 1,11 dollara enib.
Fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Hörmüz boğazında yaranan fasilələr neft təklifini azaldaraq enerji qiymətlərinin kəskin şəkildə yüksəlməsinə səbəb olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 38 d. əvvəl
-
59 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























