NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib
NEQSOL Holding Teymur Tağıyevin Aparat rəhbəri vəzifəsi ilə yanaşı Baş Əməliyyat Direktoru (COO) vəzifəsinə təyin olunduğunu elan edib.
Bu vəzifədə Teymur Tağıyev Baş İcraçı Direktora (CEO) əsas tərəfdaş kimi çıxış edərək Holdinqin strateji prioritetlərinin Qrup üzrə aydın, koordinasiyalı və sistemli icraya çevrilməsini təmin edəcək. Onun diqqət mərkəzində funksiyalar arasında əlaqələndirmənin gücləndirilməsi, biznes proseslərinin optimallaşdırılması və resursların səfərbər edilməsi, fəaliyyət göstəricilərinin şəffaflığının artırılması və Qrupun biznesləri üzrə əsas təşəbbüslərin icrasına dəstək olacaq.
O, həmçinin müvafiq tərəfdaşlarla əməkdaşlıq şəraitində Qrup səviyyəsində seçilmiş strateji təşəbbüslərə rəhbərlik edəcək. Teymur Tağıyev resursların səfərbər edilməsi və Qrup üzrə imkanların səmərəli bölüşdürülməsi istiqamətində CEO-ya dəstək verəcək, bu prosesi qrup şirkətlərinin rəhbərlikləri ilə koordinasiya edəcək. Bundan əlavə, o, tədricən mürəkkəbləşən əməliyyat mühitində Qrup səviyyəsində potensial böhran vəziyyətlərinə cavab imkanlarının əlaqələndirilməsində və korporativ dayanıqlılığın inkişafında mühüm rol oynayacaq.
Teymur Tağıyev strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı, layihələrin idarə olunması, komplayens, risklərin idarə olunması və korporativ işlər sahəsində 20 ildən çox təcrübəyə malikdir.
2023-cü ildən etibarən o, NEQSOL Holding-də Aparat rəhbəri vəzifəsində çalışaraq CEO ofisinin fəaliyyətinə rəhbərlik edib, korporativ dayanıqlılıq istiqamətinə nəzarət edib, transformasiya və rəqəmsallaşma təşəbbüslərini inkişaf etdirib. O, 2018-ci ildə Holdinqə Strategiya və Layihə İdarəetmə Ofisinin rəhbəri kimi qoşulub və həmin vaxtdan bu kritik funksiyalara rəhbərlik edir.
“Qrupun davamlı inkişaf etdiyi bir dövrdə bu yeni məsuliyyəti üzərimə götürməkdən qürur duyuram. İcraetməni gücləndirmək, uzunmüddətli dəyər yaratmaq və bütün bizneslərimizin uğurunu dəstəkləmək üçün rəhbər komandalarımızla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm,” – deyə Teymur Tağıyev bildirib.

“Teymur davamlı olaraq güclü liderlik, strateji baxış və nəticəyönümlü yanaşma nümayiş etdirib. Onun bu vəzifəyə təyin olunması icranın sürətləndirilməsi, Qrup daxilində əməkdaşlığın gücləndirilməsi və inkişafımızın növbəti mərhələsinə töhfə vermək qabiliyyətinə olan inamımızı əks etdirir,” – deyə NEQSOL Holding-in Baş İcraçı Direktoru Kirill Rubinski bildirib.
Teymur Tağıyev Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb və Böyük Britaniyanın City, London Universitetinin Bayes Biznes Məktəbində (keçmiş Cass Biznes Məktəbi) Executive MBA dərəcəsi əldə edib. O, həmçinin Harvard Universitetində Chief of Staff sertifikasiya proqramını və Duke Universitetində Strategy Execution proqramını tamamlayaraq liderlik, təşkilati uyğunlaşma və strategiyanın sistemli icrası sahələrində təcrübəsini daha da gücləndirib.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
17 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
32 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 13 saat əvvəl
-
13 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
13 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb















.jpg)









