ATV-nin vitse-prezidenti vəzifəsinə təyinat - YENİLƏNİB
"Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır".
Bunu "Report"a açıqlamasında şirkətin prezidenti Azər Xəlilov deyib.
O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb:
"Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir".
"Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır", - deyə, A.Xəlilov əlavə edib.
Qeyd edək ki, bu gün bəzi KİV-lər Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yayıb.
XXX
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub. Bu barədə məlumatı APA yayıb.
Vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.
ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.
Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.
Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.
A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 6 d. əvvəl
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 10 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır






.jpg)





.jpg)








