Bakı Nəqliyyat Agentliyindən rəzalətlə bağlı açıqlama
BNA "Qarabağ" - "Roma" matçından sonra 23 min azarkeşin daşınmasını təmin edib
Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gün keçirilən "Qarabağ" - "Roma" futbol matçından sonra ekspress xətt avtobuslarının xidmət göstərmədiyi haqda yayılan xəbərlərlə münasibət bildirib.
Qurumun açıqlamasında qeyd edilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil:
"Məlumat üçün bildiririk ki, oyun günü saat 16:30-da metronun "Qara Qarayev" və "Gənclik" stansiyalarının çıxışına yaxın ərazidən Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına tamaşaçıların daşınması prosesinə başlanılıb. Saat 20:00-dək davam edən proses zamanı 21165 nəfər tamaşaçının daşınması təmin edilib. Sərnişinlərin stadiona daşınması prosesi günün pik saatlarına təsadüf etdiyindən yollarda olan tıxac səbəbindən avtobuslararası intervalda müəyyən gecikmələr yaranıb. Lakin Bakı Nəqliyyat Agentliyinin Dövlət Yol Polisi ilə birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində avtobusların normal fəaliyyəti bərpa edilib.
Oyun başa çatdıqdan sonra azarkeşlərin müəyyən edilən istiqamətlərdə (metronun "Qara Qarayev" və "Gənclik" stansiyaları) daşınması da nəzərdə tutulan plana uyğun icra edilib. Futbol qarşılaşmasının birinci hissəsi yekunlaşdıqdan sonra azarkeşlər stadiondan çıxmağa başladığından əks istiqamətdə daşınma vaxtından bir qədər tez başlanılıb. Ümumilikdə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından metronun "Qara Qarayev" və "Gənclik" stansiyaları istiqamətində 22640 nəfər azarkeşin daşınması təmin edilib.
Terminal ərazisində hərəkətin təhlükəsizliyi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülüb. Məhz polisin dəstəyi sayəsində avtobusların terminal ərazisinə vaxtında çatması təmin edilib.
Bununla yanaşı, axşam saatlarında ictimai nəqliyyatın fəaliyyətinə nəzarət gücləndirilib, ehtiyac olan istiqamətlərdə nəqliyyat vasitələrinin sayı artırılıb.
Məlumat üçün onu da qeyd edək ki, oyundan sonra azarkeşlərin stadion ərazisini tərk edən zaman müəyyən xoşagəlməz hallar yaşanıb. Ərazidəki təlimatçılar və digər məsul şəxslər tərəfindən metronun “Koroğlu” stansiyası istiqamətində yönləndirilən azarkeşlərimiz yağışlı havada arzuolunmaz vəziyyətlə üzləşiblər ki, bu hal bizi də ciddi şəkildə narahat edir. Metro istiqamətində hərəkət edən azarkeşlər ekspress xətt avtobuslarından istifadə edə bilməyib uzun müddət yağışda açıq havada qalmalı olublar ki, bu da müəyyən narazılıqlara səbəb olub. Lakin həmin vaxt İctimai Nəqliyyat Terminalında 430 ədəd nəqliyyat vasitəsi hazır vəziyyətdə olub.
Bir sıra informasiya vasitələri bunu fürsət bilib Bakı Nəqliyyat Agentliyinə qarşı qara PR kampaniyasına başlayıblar. Sosial şəbəkələrdə azarkeşlər tərəfindən çəkilən video görüntüləri KİV haqqında qanunun tələbini pozaraq müvafiq araşdırma aparmadan informasiya portallarında yayımlayıblar. Jurnalist etikasına zidd bu cür informasiyaların yazılması Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi müsbət işlərin üstündən xətt çəkməklə ictimai rəyi yalnış yönləndirməkdir.
Bakı Nəqliyyat Agentliyi fəaliyyətini qara PR üzərində quran və müəyyən maraqlara xidmət edən media qurumlarını qaralama kampaniyasına son verməyə, obyektiv və qərəzsiz olmağa, süni günahkarlar təyin edib məlumatı yaymamağa dəvət edir".
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
12 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 13 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















