970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ilk dəfə sukuk (İslam istiqrazları) emissiyası üçün hazırlıq işləri aparılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "İslam İnkişaf Bankının İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumu"nda bildirib.

Onun sözlərinə görə, ilə birgə həyata keçirilən layihə çərçivəsində ölkədə sukuk emissiyası üçün hüquqi və institusional baza formalaşdırılır:

"Azərbaycan İslam maliyyə infrastrukturunun yaradılması üçün İslam İnkişaf Bankı Qrupu ilə birgə layihə həyata keçirir. Bu layihənin nəticəsi olaraq möhkəm hüquqi və tənzimləyici çərçivənin formalaşdırılması, maliyyə institutlarının İslam maliyyəsi üzrə potensialının artırılması, monitorinq və qiymətləndirmə sisteminin yaradılması və nəticə etibarilə Azərbaycanın ilk sukuk emissiyasına zəmin yaradılması gözlənilir. Bununla biz maliyyə sektorumuzu daha da şaxələndirəcəyik".

O həmçinin vurğulayıb ki, İslam maliyyəsi regionlar arasında birləşdirici maliyyə dili rolunu oynayaraq sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını asanlaşdırır:

"Biz İslam maliyyəsini maliyyə arxitekturasına inteqrasiya etməyə sadiqik və gözləyirik ki, aparılan islahatlar maliyyə bazarlarını dərinləşdirəcək və xarici investisiyaları cəlb edəcək. İslam maliyyəsi regionlar arasında birləşdirici maliyyə dili rolunu oynayaraq sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını asanlaşdırır. Azərbaycan bu viziona töhfə verməyə tam hazırdır".

İş elanları AzVak.az-da

© APA

Azərbaycan sukuk emissiyası Azərbaycanda sukuk İslam istiqrazları İslam maliyyəsi Azərbaycan Mərkəzi Bankı AMB Taleh Kazımov İslam İnkişaf Bankı İslam İnkişaf Bankı Qrupu İslam maliyyəsi forumu sukuk nədir Azərbaycanda İslam maliyyəsi ilk sukuk emissiyası İslam istiqrazları Azərbaycanda maliyyə bazarları kapital bazarları alternativ maliyyələşmə xarici investisiyalar sərhədlərarası investisiyalar İslam maliyyə infrastrukturu hüquqi və tənzimləyici çərçivə maliyyə sektorunun şaxələndirilməsi İslam maliyyəsi üzrə islahatlar sukuk bazarı Azərbaycan kapital bazarı
17.06.2026 10:17
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19