970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır

AzVak-mobil_resmin_ustu_31
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır

Azərbaycan Hava Yolları Qazaxıstanın Atırau və Aktöbə şəhərlərinə birbaşa müntəzəm reyslərə başlayır. Yeni istiqamətlər Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə və sərnişinlər üçün səyahət imkanlarının artırılmasına xidmət edəcək. Yeni istiqamətlərə biletlər artıq satışdadır.

Reklam_3_11

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Marja-ya verilən məlumata görə, Atırau istiqamətində İlk reys 16 avqust 2026-cı il, Aktöbə istiqamətində isə 16 sentyabr 2026-cı il tarixində həyata keçiriləcək. Bakı-Atırau-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bakı-Aktöbə-Bakı marşrutu üzrə isə həftədə 3 dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Yeni reyslər Qərbi Qazaxıstanın mühüm iqtisadi mərkəzlərinə birbaşa hava əlaqəsi yaradaraq işgüzar səfərləri daha rahat edəcək, eyni zamanda turizm və humanitar mübadilənin inkişafına əlavə imkanlar açacaq.

Atırau Qazaxıstanın neft-qaz sənayesinin əsas mərkəzlərindən biri və Xəzəryanı regionun əsas iqtisadi şəhərlərindən hesab olunur . Aktöbə isə sənaye, logistika və ticarət sahələrində inkişaf etmiş infrastrukturu ilə ölkənin mühüm regional mərkəzlərindən biridir.

Aviabiletləri AZAL-ın rəsmi saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

AZAL Qazaxıstana yeni reyslər açır Bakıdan Atırauya birbaşa uçuşlar başlayır Bakı-Aktöbə aviareysi açılır AZAL Atırau və Aktöbəyə uçuşlara başlayır Qazaxıstana yeni birbaşa reyslər Azərbaycan və Qazaxıstan arasında hava əlaqələri genişlənir AZAL-dan sərnişinlər üçün yeni istiqamətlər Bakıdan Qərbi Qazaxıstana birbaşa uçuş imkanı Atırau və Aktöbə biletləri satışa çıxarıldı
01.07.2026 14:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19