Azərbaycan sentyabrda da öhdəliyini yerinə yetirib
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib.
Energetika Nazirliyindən “Marja”ya verilən məlumata görə, nazirlik Azərbaycanın cari ilin sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Həmin məlumatlara əsasən, bu ilin sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 733 min barrelini xam neft, 52,7 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 52,7 min barrel kondensat, 19,3 min barrel isə neft məhsulları ixrac edilib. Qeyd edək ki, Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda isə 734,8 min barrel olub. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir















.jpg)







