“Azercell” bu telefonlarla bağlı tədbir görə bilər - XƏBƏRDARLIQ
“Azercell”dən kreditlə alıb, başqalarına satırlar
Son vaxtlar “Azercell Telekom” MMC tərəfindən güzəştli kredit kampaniyası çərçivəsində abunəçilərin istifadəsinə verilən mobil telefon (smartphone) cihazlarının 3-cü şəxslərə təkrar satılması üzrə sui-istifadə halları müşahidə edilir.
Şirkət diqqətə çatdırır ki, belə cihazlara mülkiyyət hüququ müvafiq ödənişlər tam həcmdə həyata keçdikdən sonra əldə edilir və bundan sonra özgəninkiləşdirilə bilər:
"Bu səbəbdən ödənişləri tam həcmdə həyata keçirilməmiş və borclanmış həmin cihazlardan istifadəyə məhdudiyyət tətbiqi halları mümkündür. Belə hallarda müvafiq cihazlar ilə bağlı yaranan mübahisələrə görə “Azercell Telekom” MMC cavabdehlik daşımır və belə hüquqazidd əməliyyatlarda iştirak edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi hüququnu özündə saxlayır.
Göstərilənləri nəzərə alaraq qeyri-rəsmi, şübhəli mənbələrdən, yeni və yaxud istifadə olunmuş mobil telefon (smartphone) cihazlarını əldə etməməyi tövsiyə edirik. Eyni zamanda bildiririk ki, əldə edilməsi arzu edilən mobil telefon (smartphone) cihazının güzəştli kredit kampaniyaya aidiyyatını “Azercell Telekom” MMC-nin MX-nə müraciət etməklə dəqiqləşdirməniz mümkündür",-MMC-nin açıqlamasında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























