34 milyard dollar satışı olan şirkətdən tarixi qərar
Dünyanın ən böyük pərakəndə mebel satışı şirkəti olan İsveçin IKEA şirkəti, məhsullarını elektron ticarət nəhəngləri Amazon və Alibaba üzərindən də satacaq.
"Marja" xəbər verir ki, indiyədək IKEA, qlobal elktron ticarət saytları ilə əməkdaşlıq etməyi rədd edirdi. 9500 çeşiddə məhsulunu öz veb saytından satan İsveçli şəbəkə, artıq qərarını dəyişib, daha çox müştəriyə çatmaq üçün Amazon və Alibaba üzərindən də satışa başlayacaq.
1997-ci ildə veb saytını açan və ilk olaraq 2000-ci ildə yalnız Skandinaviyada elektronik ticarətə başlayan IKEA-nın bu bazara gec daxil olduğu üçün irəliləyə bilmədiyi bildirilir.
Amazon ötən il 136 milyard dollar, Alibaba isə 24 milyard dollar satış həcminə çatmışdı.
IKEA-nın 2016-cı il fəaliyyət hesabatına görə, şirkətin 34 milyard avro dəyərindəki cəmi satışında elektronik ticarətin payı isə yalnız 1.4 milyard avrodur.
ŞƏHƏR İÇİNDƏ BUTİK MAĞAZA
Elektron ticarətdəki payını artırmaq istəyən IKEA, ötən ay "Task Rabbit" adında mebel montajçıları və istehlakçılarını görüşdürən mobil tətbiqi satın alacağını da açıqlamışdı.
Bundan başqa, şəhər xaricinə yaxın bölgələrdə böyük mağaza konsepti ilə işləyən IKEA, şəhər içərisində butik mağazalar da açmağa hazırlaşır.
Yeniliklər arasında yalnız mətbəx məhsulları üzrə sifariş və təslimat nöqtələrinin yaradılması planı da var.
Dünyada 403 mağazası olan IKEA, internetə genişlənmək ilə bərabər, gələn ay Hindistan və Litvada 22 mağaza açma hazırlaşır. 49 ölkədə mağazası olan nəhəng şirkət 5 il ərzində Cənub Amerika bazarına da girəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)





