ABŞ-da qazılan neft quyuları azalıb - NEFT BAHALAŞIB
ABŞ-ın neft sənayesinin görünüşü və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən qazılan quyuların sayı bu həftə geriləyib.
"Marja" xəbər verir ki, dünyanın ən böyük neft sahəsi xidmət şirkətlərindən biri olan "Baker Hughes"ın dərc etdiyi həftəlik məlumatlara görə, bu həftə Amerikanın neft sənayesində qazılan quyuların sayı 5 ədəd azalaraq, 9-13 Oktyabrı əhatə edən həftədə 743-ə düşüb.
Beləliklə, ölkədə qazılan neft quyularının sayında son 6 həftədə 5 dəfə azalma baş vermişdir.
ABŞ-da qazılan neft quyularının sayı 2014-cü ilin Oktyabr ayında 1609-a qalxmışdı. Aşağı neft qiymətlərinin Amerika neft sənayesinə mənfi təsir etməsilə keçən ilin may ayında 316-ya geriləyərək tarixi bir azalma qeyd etmişdi.
Bundan başqa, ABŞ-ın xam neft hasilatı da keçən həftə azalıb.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) cümə günü açıqladığı məlumatlarına görə, ABŞ-ın xam neft hasilatı keçən həftə gündəlik orta hesabla 81 min barrel azalma ilə 9,48 milyon barrelə enib. Beləliklə, ABŞ-ın xam neft istehsalı 4 həftə ardıcıl yüksəliş göstərməsinin ardından geriləmişdir.
EIA-nınoktyabr ayı hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,2 milyon, gələn il 9,9 milyon barrel olması nəzərdə tutulur.
Qazılan quyuların sayının azalmasıilə, neft qiymətləri yüksəlib. Brent nefti həftəni 1,6% bahalaşma ilə 57,17 dollardan bağlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb




















.jpg)




