“Kapital Bank” ehtiyatlara ayırmaları kəskin artırıb
Xəbər verdiyimiz kimi, “Kapital Bank” ASC 2017-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.
"Marja" xəbər verir ki, ağır keçən 2015 və 2016-cı illərdə kreditin dəyərsizləşməsi üzrə ehtiyata cəmi 55,3 milyon manat ayıran "Kapital Bank", 2017-ci ilin 9 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 47 milyon 647 min manat ayırıb. Bu ildən ehtiyatlar yeni qaydada hesablanır, ehtimal ki, ayırmalara bu amil təsir edib.
"Kapital Bank" ehtiyatlarıa 2015-ci ildə 39,2 milyon manat, 2016-cı ildə isə 16,1 milyon manat ayırmışdı.
Ehtiyatlar bankın "təhlükəsizlik yastığı"dır. Əgər, əhalinin əmanətləri və cəlb edilmiş vəsaitlər hesabına verilmiş kreditlərin bir hissəsi batarsa, Bank çətin vəziyyətə düşmür, ehtiyatlar ilə öz borclarını qaytara bilir.
“Kapital Bank” 2017-ci ilin 9 ayında 121 milyon 118 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətinin 47 milyon 647 min manatı ehtiyatlara ayırılıb və 15 milyon 834.32 min manat mənfəət vergisi ödənilib. Bank cari ilin 9 ayını 57 milyon 636 min manat xalis mənfəətlə başa vurub. Daha ətraflı: http://marja.az/news/14568
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)





