Naxçıvan məhsuları Türkiyəyə rüsumsuz ixrac ediləcək
Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumu keçirilib.
Türkiyə-Azərbaycan biznes forumunda Azərbaycan və Türkiyə tərəfindən rəsmilər, Naxçıvan Muxtar Respublikasından və Türkiyənin müxtəlif bögələrindən olan olan iş adamları iştirak edib.
İğdır valisi Ənvər Ünlü tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişaf etdiyini, biznes forumun İgdırda keçirilməsinin əhəmiyyətini vurğulayıb, Türkiyənin İğdır bölgəsi və Naxçıvan Muxtar Respublikası sahibkarlarının bir sıra konkret sahələr üzrə birgə layihələrin həyata keçirilməsini təklif edib.
Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci, İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan çıxışlarında növbəti Türkiyə-Azərbaycan biznes forumunun İğdırda keçirilməsindən və iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlıq imkanlarına, həyata keçirilən layihələrə, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərə dair fikirlərini bölüşüblər. İki ölkə arasında qardaşlıq əlaqələrindən danışan Nihat Zeybəkçi Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verildildiyi, bu qərarın ticarət əalqələrinin genişlənməsinə və bölgənin inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.
İğdırın Naxçıvan Muxtar Respublikası vasitəsilə olmaqla Azərbaycanla Türkiyənin yeganə sərhəd bölgəsi olduğunu qeyd edən nazir Şahin Mustafayev Türkiyənin hər zaman Naxçıvana dəstək göstərdiyini, blokadada olan Naxçıvanın 90-cı illərin əvvəllərində qarşılaşdığı çətinliklərdən çüxmasında Türkiyə ilə olan əlaqələrin, xüsusilə Ümummilli Lider Heydər Əliyevin böyük səyi və Türkiyənin dəsytəyi ilə ərsəyə gəlmiş “Ümid” körpüsününün mühüm əhəmiyyətini vurğulayıb.
Sürətli inkişaf yolu keçmiş Naxçıvan Muxtar Respublikası hazırda davamlı olaraq inkişaf edir.
Bildirilib ki, 2016-cı ildə Ankarada keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasında dövlət başçılarının təşəbbüsü ilə Naxçıvan istehsalı olan məhsulların Türkiyəyə ixracına iş adamları birlikləri vasitəsilə dəstək verilməsi məsələsi imzalanmış protokolda öz əksini tapıb. Bu müddət ərzində bu tapşırığın icrası məqsədilə bir sıra görüşlər keçirilib, Naxçıvana səfərlər təşkil edilib. Azərbaycan bu istiqamətdə Türkiyənin atdığı addımları yüksək qiymətləndirir.
İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Nazirlər Kabinetinın Azərbaycanın blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında istehsal olunan bir çox kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına rüsumsuz ixracı barədə qərarının Naxçıvanın ixrac imkanlarının genişləndirilməsi baxımından xüsusilə önəmli olduğunu və Türkiyənin bölgədə yerləşən İğdir, Qars, Erzurum vilayətlərinin inkişafı üçün də töhfə verəcəyini bildirib.
Qardaş Türkiyə ilə iqtisadi əlaqələrə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir, Azərbaycanın strateji layihələri məhz qardaş Türkiyə ilə birgə həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, “STAR”, “PETKİM”, “Enerji körpüsü” belə layihələrdəndir. Bu günlərdə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu əlaqələrimizi daha da gücləndirməklə, ölkələrimizin tranzit imkanlarını artıracaqdır. Türkiyə Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarındandır.
2017-ci ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub. Hazırda Preferensial (İmtiyazlı) Ticarət Sazişi üzrə müzakirələr aparılır.
Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 mindən çox, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11,7 mlrd. ABŞ dolları, Azərbaycanın Türkiyəyə investisiyaları isə 10,1 mlrd. ABŞ dollarıdır. Diqqətə çatdırılıb ki, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar da iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə, iş adamları arasında işgüzar əlaqələrin inkişafına xidmət edir. Nazir Şahin Mustafayev birgə səylərin iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirəcəyini və xalqlarımızın rifahına töhfə verəcəyini vurğulayıb.
Naxçıvan MR-nin İqtisadiyyat naziri Famil Seyidov çıxışında Muxtar Respublikanın iqtisadiyyatı barədə forum iştirakçılarına məlumat verib, Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən Naxçıvan məhsullarının bu ölkəyə ixracı üçün geniş imkanların olduğunu qeyd edib, son gövrdə bu sahədə görülən işləri diqqətə çatdırıb.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə rəsmilərinin iştirakı ilə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
12 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 12 saat əvvəl
-
13 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
13 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
13 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
13 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir






.jpg)
.jpg)








.jpg)




