Yeni badam bağı salınıb
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunur. Hər il ənənəvi və məhsuldar meyvə sortlarından ibarət yeni bağlar salınır. Badamçılıq da Naxçıvanda qədim meyvəçilik sahələrindəndir. İqlim şəraiti və torpaq xüsusiyyətləri muxtar respublikada badamçılığın inkişafına və bu sahə üzrə məhsul istehsalının artırılmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 4-də muxtar respublikada növbəti iməcilik keçirilib, Naxçıvan-Sədərək avtomobil yolunun kənarında - Kəngərli rayonunun Xok kəndi ərazisində yeni badam bağı salınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri badam bağı salınan ərazidə keçirilən iməcilikdə iştirak ediblər.
Badam bağının sahəsi 6 hektardır. Ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq əkinəyararlı hala salınıb. İməcilik iştirakçıları ərazidə 3 mindən artıq yerli badam tingi əkiblər. Ötən il ərazidə qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi badam bağının dayanıqlı su təminatına da imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, payız iməcilikləri dövründə yeni meyvə bağlarının salınması barədə tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
1 saat əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
Ən çox oxunanlar
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər
Aprelin 23-də gözlənilən hava şəraiti
















.jpg)








