Azərbaycan “UBER”i vergiyə cəlb edir
Azərbaycanda “UBER” taksi xidmətinə ödənişlər ƏDV-yə cəlb olunur
Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə fəaliyyət göstərən banklara müraciət edib. “Report”un əldə etdiyi məlumata görə, müraciətdə bildirilir ki, “Vergi Məcəlləsində dəyişiklik edilməsi” 16 dekabr 2016-cı il tarixli qanuna əsasən elektron ticarət əlavə dəyər vergisinə (ƏDV) cəlb olunub.
Bu çərçivədə “UBER” də daxil olmaqla taksi xidməti göstərən qeyri-rezidentlərin ƏDV-yə cəlb olunması üçün noyabrın 6-da ABA-nın Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları üzrə Ekspert Qrupunun iştirakı ilə Vergilər Nazirliyində görüş keçirilib. Görüşdə bu sahədə ƏDV-nin tətbiqinə dair ortaya çıxan bəzi qaranlıq məqamlara aydınlıq gətirilib. Qərara alınıb ki, kart-prosessinq mərkəzləri müvafiq texniki sazlama işləri yekunlaşdırdıqdan sonra “UBER” və s. kimi qeyri-rezidentlərə məxsus taksi şirkətlərində elektron ticarət qaydasında aparılan kart ödənişlərindən ƏDV tutulsun.
Ekspert Qrupunun noyabrın 7-də keçirilmiş növbəti iclasında isə müvafiq texniki sazlama işlərinin təfərrüatları və yekunlaşdırma tarixi ətrafında fikir mübadiləsi aparılıb. İclasın nəticəsi olaraq banklara bu ayın sonuna qədər lazımi tədbirlər görmək tapşılırıb.
Vergilər Nazirliyi müraciətdə qeyd olunmuş görüşün keçirildiyini təsdiqləyib. Qurumdan "Report"a bildirilib ki, banklara proqram təminatlarında müvafiq texniki işlər görmək və "UBER" taksi xidmətlərinə görə Azərbaycan rezidentləri tərəfindən xaricə köçürülən məbləğdən ƏDV tutmaq tapşırılıb.
Banklar artıq müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən "UBER" taksi xidmətinin 18% bahalaşacağı, yəni, hesabdan əlavə pul çıxılacağı bildirilir.
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
29 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























