1 ton xam ipək 20 ton pambıq mahlıcına bərabərdir
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramında dünyada ipəkçiliyin inkişaf meyillərinə toxunulub.
“Marja” proqrama istinadən xəbər verir ki, dünya bazarında ipək məhsullarına tələbatın artması nəticəsində onun qiymətində yüksəlmə meyli müşahidə olunur. Hazırda dünya bazarında 1 ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq mahlıcının qiymətinə bərabərdir. Belə ki, son illərdə xam ipək istehsalında davamlı artım müşahidə olunur. İpək dünya toxuculuq sənayesi malları bazarının yalnız 0,2 faizini təşkil etməsinə baxmayaraq, ipəkçilik dünyanın 30-dan çox ölkəsində yayılmışdır. Hazırda dünyada ən böyük ipək istehsalçısı olan ölkələr Çin, Hindistan, Özbəkistan və Braziliyadır.
QİYMƏTİ ÇİN İSTEHSALÇILARI MÜƏYYƏN EDİR
Dünya üzrə xam ipək istehsalının 84 faizi, ixracın isə 54,1 faizi Çin Xalq Respublikasının payına düşür. Bu səbəbdən dünya bazarında ipək parça məmulatların qiymətlərini, başlıca olaraq, Çin istehsalçıları müəyyən edir. Dünyada ipək istehsalının həcminə görə Hindistan ikinci yerdə olsa da, yerli əhali arasında ipək parçalardan istifadə geniş yayıldığı üçün istehsal, əsasən, yerli tələbatı ödəyir və nəticədə ölkə beynəlxalq bazarlarda ipəyin qiymətinin formalaşmasında iştirak etmir. Özbəkistan Respublikası ipək istehsalının həcminə görə dünyada 3-cü yeri tutsa da, istehsal olunan ipək keyfiyyət baxımından Çin ipəyindən aşağı olduğu üçün beynəlxalq bazarlarda onun bir kiloqramının qiyməti mövcud bazar qiymətindən 1-1,5 ABŞ dolları aşağı müəyyən edilir.
İpəkçiliyi inkişaf etdirmək istəyən ölkələrdə barama istehsalına dəstək dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunur. Avropa İttifaqında yaş barama istehsalçılarına dəstək olaraq, barama toxumları kümçü ailələrinə pulsuz verilir. İstehsalçılar yaş barama məhsulunun satışında tam sərbəstdirlər.
PLANDAN ARTIQ MƏHSULA MÜKAFAT
Özbəkistan Respublikasında dövlət tərəfindən pulsuz verilən bir qutu barama toxumu müqabilində dövlətə 50 kq yaş barama təhvil verilməsi planı tətbiq edilir və normadan artıq təhvil verilmiş məhsula görə mükafat müəyyən olunur. Bu sahədə fəaliyyət göstərən müəssisələr üçün vergi güzəştləri vardır, idxal edilən xammal və materiallar isə gömrük rüsumlarından azaddır.
İran İslam Respublikasında dövlət yaş baramanı tədarük edib yerli emal müəssisələrinə daha ucuz satmaqla bu sahənin inkişafını təşviq edir. Nəticədə İranda ipək istehsalının həcmi ilbəil artır.
Türkiyə Respublikasında yaş baramanı kümçülərdən xüsusi yaradılmış kooperativlər birliyi, keyfiyyətindən asılı olaraq, satın alır. Bundan əlavə, birlik fermerlərə pulsuz ipəkqurdu toxumları paylayır, təlim kursları keçirir, yemləmə məntəqələrində dezinfeksiya işləri aparır. Qeyd edilən tədbirlər son illərdə kümçülərin bu sahəyə marağını daha da artırmışdır.
AZƏRBAYCANDA BARAMA İSTEHSALI
Azərbaycanda yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5,0 min, 1985-ci ildə isə 5,5 min ton olmuşdu.1991-ci ildə ölkədə yaş barama istehsalı 5,9 min tona çatdırılmışdı.
Lakin baramaçılıqda baş verən geriləmə nəticəsində 1992-ci ildən etibarən yaş barama istehsalı (5200 ton) tədricən azalmış və 2015-ci ildə ölkədə cəmi 236 kiloqram yaş barama istehsal edilmişdir. 2016-cı ildə Azərbaycanda 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edilmişdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
-
- 20 d. əvvəl
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 38 d. əvvəl
-
44 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
-
1 saat əvvəl
Naxçıvanda TRIPP marşrutuna qoşulacaq dəmir yolları yenidən qurulur
-
2 saat əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Ən çox oxunanlar
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Rəsmi məzənnələr açıqlandı
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək






















