Britaniyalı investor Azərbaycanın investisiya şirkətini aldı
Ləğv prosesində olan “Texnikabank” ASC-nin törəmə müəssisəsi - “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin 99%-i üzrə insayder əqdi bağlanılıb.
Şirkət, Maliyyə Bazarlarına Nəzarət Palatasından mühüm iştirak payının əldə edilməsi ilə bağlı razılıq məktubu alındıqdan sonra, Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə satılıb.
Hələlik yalnız o məlumdur ki, “Kapital Menecment”in rəhbərliyində dəyişiklik olmayacaq. İnvestisiya şirkətinin direktoru Ruslan Cəfərov vəzifəsində qalacaq. Dekabrın 29-da isə “Kapital Menecment”in səhmdarlarının növbədəkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda şirkətin Müşahidə Şurasının, Daxili audit və Risk menecmenti bölmələrinin yenidən formalaşdırılması, eləcə də digər məsələlərə baxılacaq.
Xatırladaq ki, “Kapital Menecment” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 380 min manatdır. “Texnikabank”ın lisenziyası ləğv edildikdən sonra şirkət Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







.jpg)
