Yeni neft razılaşmasına Azərbaycan da qoşulub - AÇIQLAMA
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-in üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunub.
Energetika Nazirliyinin mətbuat xidmətindən Marja-ya bildiriblər ki, OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
İclasın yekunlarına dair Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verən energetika naziri Pərviz Şahbazov deyib ki, iclasda Vyana sazişinin imzalanmasından ötən bir il müddətində dünya neft bazarında vəziyyət təhlil olunub. Dünya iqtisadiyyatının inkişaf templəri, gözləntilər, neft, neft məhsullarına tələbatı əks etdirən təqdimatlar edilib. OPEC rəhbərliyi tərəfindən saziş iştirakçısı olan ölkələrin öhdəliklərin yerinə yetirilmə səviyyəsi dəyərləndirilib. Neftin qiymətində tərəddüdlərin tədricən sabitləşmə ilə əvəz olunması, son dövrdə neftin bir barelinin qiymətinin 60-63 dollar səviyyəsinə yüksəlməsi, təklifin həcminin aşağı düşməsi, neft ehtiyatlarının nisbətən azalması və neft bazarında tarazlığın qismən bərpası OPEC+ çərçivəsində əməkdaşlığın mütərəqqi nəticələri kimi qeyd olunub.
Bununla belə, Vyana razılaşmasını zəruri edən problemlərin tam aradan qalxmadığı əsas gətirilərək, Monitorinq Komitəsinin 2018-ci ilin martından sonra neft hasilatının azaldılması üzrə sazişin uzadılması təklifi irəli sürülüb və yekdilliklə razılaşdırılıb. Hasilatın əlavə həcmdə azaldılması məqsədəuyğun hesab edilməyib və öhdəliklərin olduğu kimi saxlanması qərara alınıb.
Energetika naziri Pərviz Şahbazov çıxışında bazarda qiymətin sabitliyi üçün mühüm faktor olan tələbatın artmasının yaxın perspektivdə proqnozlaşdırılmadığını vurğulayaraq bildirib ki, neftin hazırkı qiymət diapazonunda belə saxlanılması üçün davamlı dəstək verilməlidir. Nazir tədbirdə yeni ölkələrin iştirakını təqdir edərək, bunu prosesin irəli aparılması üçün mühüm addım hesab edib. Pərviz Şahbazov OPEC çərçivəsində irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycanın gündəlik hasilatı 35 min barrel azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirdiyini diqqətə çatdırıb. “Azərbaycan dövləti olaraq mövqeyimiz bundan ibarətdir ki, hasilatın azaldılması ilə bağlı Sazişin gələn ilin sonuna kimi uzadılması məqsədəuyğundur və belə bir qərar neft bazarında əldə etdiyimiz nailiyyətləri uzunmüddətli etməklə daha da möhkəmləndirə bilər”, - deyə energetika naziri bildirib.
Görüşün yekununda OPEC və təşkilata daxil olmayan ölkələr “Əməkdaşlıq Bəyannaməsi”nə imza atıblar. Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu anlaşmasını ölkənin maraqlarına uyğun hesab edərək öz dəstəyini ifadə edib.
Toplantıya 14 OPEC üzvü, kartelə daxili olmayan 17 ölkə nəzərə alınmaqla ümumilikdə 32 ölkə qatılıb. Türkmənistan, Özbəkistan, Çad, Konqo, Misir və Uqanda müşahidəçi qismində iştirak edərək, prosesə dəstək nümayiş etdiriblər.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
18 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 29 d. əvvəl
-
42 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
20 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)
.jpg)












.jpg)

