Zaqatalada “Şəbəkə” fəaliyyətə başladı
Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.
Əsaslı rekonstruksiya nəticəsində quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30 faizə qədər qənaət olunacaq, müştərilərə yüksəksəviyyəli xidmət göstəriləcək.
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qovşaqda yaradılan şəraitlə tanış olub.
Sahəsi 2600 kvadratmetrdən çox olan dördmərtəbəli binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
İşçi personalının daha rahat işləməsi üçün bütün lazımi şərait yaradılıb. Qovşağın kompüter parkı yenilənib, tədbir və konfransların keçirilməsi üçün konfrans zalı istifadəyə verilib.
Qovşaqda fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzində əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyaları üzrə bilik və bacarıqları inkişaf etdirilir.
Eyni zamanda, qovşağın birinci mərtəbəsində “Şəbəkə” xidmət mərkəzi yaradılıb. Sahəsi 672 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bu məkanda təqdim ediləcək. Zaqatalalılar “Şəbəkə” xidmət mərkəzinə gəlməklə poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, poçtamt xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlərdən faydalana biləcək.
Mərkəzdə “E-Gov Pay” ödəmə sistemi də fəaliyyət göstərir. Bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Vətəndaşlar mərkəzdən, həmçinin, aviabiletlər də əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 19:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər və gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.
Ümumiyyətlə, 2017-ci ildə rayonda aparılan işlər nəticəsində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində və rayonun ucqar yaşayış məntəqəsi olan Qəbizdərə kəndində elektron ATS və internet avadanlığı quraşdırılaraq əhalinin istifadəsinə verilib.
Rayonun Aşağı Çardaxlar, Qazangül, Bəhmətli, Muxax, Uzunqazmalar, Yengiyan, Uzuntala, Qandax, Faldar və Yuxarı Çardaxlar kənd elektron ATS-lərində əlavə olaraq müxtəlif tutumlu internet avadanlıqları quraşdırılıb.
İl ərzində 51 elektron ATS-in sıradan çıxmış hissələri və daxili xətt şəbəkəsi yenidən təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb.
Görülən işlər nəticəsində xidmət keyfiyyəti yüksəlib, telefon xidməti abunəçilərinin sayı 450, internet abunəçilərinin sayı isə 1500 istifadəçi artıb.
Hazırda Zaqatala rayonu üzrə 23 min sabit telefon abunəçisi var ki, onların da 60 faizi internet abunəçisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
6 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
6 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
6 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
6 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
Ən çox oxunanlar
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ













.jpg)






