Nazirlikdən "saxta göz damcısı" xəbərdarlığı
“Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil
Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun saxta olub-olmaması Mərkəzin əməkdaşları tərəfindən araşdırılıb.
Mərkəzdən verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır. Belə ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmayıb.
Qeyd olunub ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olan “OKSİAM-B” adlı məhsul dərman vasitəsi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Həmçinin “Dihac MMC” tərəfindən həmin dərman vasitəsinin ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə Analitik Ekspertiza Mərkəzinə müraciət daxil olmayıb.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 2006-cı il 22 dekabr tarixli qanununun 6.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.
Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun nümunələrinin fiziki-kimyəvi və mikrobioloji ekspertizası aparılıb. Aparılmış ekspertiza nəticəsində nümunənin tərkibindəki inqrediyentlərin miqdarının qeyd olunan göstəricilərdən aşağı olması, sitikolin təsiredici maddəsinin ümumiyyətlə olmaması, “pH” göstəricisinin qələvi mühitə yaxın olması, sıxlığının aşağı olması və nümunənin qeyri-steril olması müəyyən edilib. Oftalmoloji istifadə üçün nəzərdə tutulan dərman vasitələrinin qeyri-steril olması yolverilməzdir. Nəticə etibarilə, nümunə keyfiyyətsiz, qeyri-effektiv, yararsız və insan sağlamlığı üçün təhlükəli hesab edilir.
Bütün bunları nəzərə alaraq, əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin olunması məqsədi ilə qeyd edilən saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloq həkimlər tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib.
““OKSİAM-B” adlı dərman forması göz damcısı olan məhsul ilə rastlaşsanız bu məhsulu istifadə etməyin! Bu məhsulu istifadə etmisinizsə və ya istifadəsi zamanı əlavə təsir müşahidə etmisinizsə, tibb müəssisəsinə müraciət edin.
Həmçinin bu barədə məlumatları Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh.,Fuad İbrahimbəyov küç., 31.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12) bildirməyinizi xahiş edirik”, - deyə, Mərkəzdən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)






