Vəkillər Kollegiyası 3 illik iş stajı tamam olmayan namizədlər üçün yeni imkan yaradıb
Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair geniş tərkibli iclası keçirilib.
Kollegiyadan Report”a verilən məlumata görə, iclasda Rəyasət Heyətinin üzvlərindən başqa, Vəkillərin İxtisas və İntizam komissiyalarının üzvləri də iştirak ediblər.
İclasa sədrlik edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin cari fəaliyyəti ilə bağlı, xüsusilə vəkilliyə sənəd qəbulunun vəziyyəti, ötən həftə ərzində sədr tərəfindən hüquq məsləhətxanalarında keçirilmiş görüşlər və həmin görüşlərdə iştirak edən vəkillərin vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri barədə iclas işitirakçılarına məlumat verib.
İclas ərzində bir sıra təşkilati, vəkillərin intizam, vəkilliyə qəbul imtahanlarına hazırlıq, habelə vaxtilə bütün imtahan mərəhələlərini keçmələrinə baxmayaraq, müxtəlif səbəblərdən vəkilliyə keçməmiş namizədlərin qəbulu məsələləri ilə bağlı qərarlar qəbul olunub, həmin namizədlərin andiçməsi keçirilib.
Hazırda vəkilliyə sənəd qəbulu və imtahanın təşkili məsələlərinin aktuallığı nəzərə alınaraq, Rəyasət Heyəti tərəfindən aşağıdakı məsələlərə də münasibət bildirilib.
Vəkilliyə qəbul üzrə yazılı test imtahanın tarixi barədə Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş ilkin razılığa əsasən, imtahanın ən geci 2018-ci ilin yanvar ayının sonunadək keçirilməsi nəzərdə tutulub. Gələcək aylarda isə vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsinin zəururiliyi xüsusi vurğulanıb.
Vəkillərin İxtisas Komissiyasının rəyinə əsasən, əvvəlki illərdən fərqli olaraq yazılı test imtahanı mərhələsində “Məntiq”ə dair suallardan istifadə olunmaması qərarlaşdırılıb.
Həmçinin, vəkilliyə sənəd vermək arzusunda olan, lakin 3 illik iş stajı tamam olmayan namizədlərin sənədlərinin qəbulunun, həmin namizədlərin ehtimal olunan iş stajlarının sənəd qəbulunun bitməsindən sonrakı 3 ay ərzində tamamlanacağı təqdirdə, həyata keçirilməsi qərara alınıb.
Eyni zamanda, qanunvericliyin mövqeyi qeyri-müəyyən olduğundan, fərdi sahibkar qismində vergi uçotuna duraraq hüquqi xidmətlər göstərən hüquqşünasların sahibkar qismində işlədiyi dövrün əmək stajı kimi hesablanıb-hesablanmaması məsələsinə aydınlıq gətirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müvafiq sorğunun ünvanlandırıldığı bildirilib ki, yaxın günlərdə bunun nəticəsi barədə əlavə məlumat veriləcək.
Bundan başqa, ötən dövr ərzində vəkillik fəaliyyətində müsbət mənada fərqlənmiş vəkillər təltif olunublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 24 d. əvvəl
-
-
49 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
51 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















