"Müdirin icazəsilə bankın kassasından pul götürürdü" - Muğanbank-da özbaşınalıq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Cavad Cavadov ifadə verib.
O bildirib ki, N.Vəliyev ona yaxşı pul qazanmaq təklifi verib: "Buna görə ona 19 600 dollar pul verdim. Sonra heç nə qazanmadım. Novruz həmin puldan mənə heç nə qaytarmadı. 19 600 dollar pulumu tələb edirəm".
N.Vəliyev isə C.Cavadova hissə-hissə 14 min dollar qaytardığını deyib.
Daha sonra şahid qismində Fəriq Quliyev dindirilib. O qeyd edib ki, N.Vəliyevin keçmiş iş yoldaşıdır, bankda kassir vəzifəsində çalışıb:
"Novruz Vəliyev kassadan müdir Natiq müəllimin icazəsi ilə pul götürüb, sonra qaytarırdı. Sonuncu dəfə məndən yenə 31 min 200 dollar pul götürdü. Lakin pulu gecikdirdi. Bu barədə Baş ofisin məlumatı oldu, qardaşıma da dedilər. Qardaşım evini və maşınını girov qoydu. Həmin puldan isə Novruz sadəcə 7 min dolları qaytarıb. Ümumilikdə isə kassdan 181 min 200 dollar pul götürüb. Bizim hər ikimiz Baş ofisə çağırılanda işdən azad olunduğumuzu dedilər".
O söyləyib ki, barəsində Cinayət Məcəlləsinin 322.1-ci (özbaşnalıq) maddəsi ilə cinayət işi başlanılıb, hazırda istintaq davam etdirilir.
Məhkəmənin növbəti iclası yanvarın 4-nə təyin edilib.
Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev və Cavad Cavadov etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla hər həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.
İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.
N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
10 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
10 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)







.jpg)




