Yahoonun Verizona satılması ikinci rübə qaldı
İnternet xidmətləri şirkəti Yahoo-nun ABŞ-ın rabitə nəhəngi Verizona satışının ilin ikinci rübündə həyata keçirilməsinin gözlənildiyi bildirilib.
"Marja" xəbər verir ki, Yahoo şirkəti tərəfindən verilən açıqlamada, şirkətin ABŞ-ın ən böyük mobil telefon operatoru və ən geniş yayılmış internet xidməti təchizatçılarından Verizona satışının bu ilin ilk rübü yerinə, ikinci rübündə başa çatmasının proqnozlaşdırıldığı qeyd olunub.
Açıqlamada, satışın başa çatmasına dair, "Lazımlı şərtlərin yerinə yetirilməsi çərçivəsində hələ də işləməyə ehtiyac var" ifadəsinə yer verilib.
Verizon keçən ilin iyul ayında Yahoo-nu 4,83 milyard dollara satın alacağını açıqlayıb, lakin Yahoo-nun 2013-ci ildə 1 milyard, 2014-də də 500 milyon istifadəçisinin hesab məlumatlarının kompüter hakerlərinin ələ keçirməsinin ardından satışla bağlı bir sıra məsələlər ortaya çıxmışdı.
Yahoo-nun Verizon tərəfindən satın alınması, bu şirkətin malik olduğu nağd pulla Çinli e-ticarət nəhəngi Alibaba Group və Yahoo Yaponiyadakı səhmlərini əhatə etmir.
Satış müqaviləsi başa çatdıqdan sonra Yahoo-nun yeni adının Altaba Inc. olması gözlənilir.
Yahoonun gəlir və mənfəətində artım
Yahoodan verilən açıqlamada, şirkətin 2016-ci ilin dördüncü rübündəki xalis mənfəət və gəlirinin artdığı qeyd edilib.
Şirkətin ötən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 15,7 faiz artaraq 1,47 milyard dollara çatıb. Şirkət, 2015-in dördüncü rübündə 1,27 milyard dollar gəlir əldə etmişdi.
Yahoo, 2016-nın dördüncü rübündə 162 milyon dollar xalis mənfəət əldə edib. Şirkətin zərəri əvvəlki ilin eyni dövründə 4,4 milyard dollar olmuşdu.
Xalis mənfəət və gəlirlərdəki artımın sonra Yahoonun səhminin dəyəri 1,9 faiz artım qeyd edərək 43,20 dollara qədər çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























