“Bank of Baku” maliyyə vəziyyətini açıqladı
“Bank of Baku” ASC 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il "Bank of Baku"nun cəmi gəlirləri 57 milyon 380 min manat, o cümlədən faiz gəlirləri 55 milyon 912 min manat, qeyri-faiz gəlirləri 1 milyon 468 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 89 min manat əməliyyat mənfəəti qalıb. Bank, mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 41 milyon 517 min manat ayırdığından ötən ili 35 milyon 428 min manat zərər ilə başa vurub.
2016-cı ildə “Bank of Baku”nun cəmi gəlirləri 165 milyon 308 min manat, o cümlədən faiz gəlirləri 100 milyon 626 min manat, qeyri-faiz gəlirləri 64 milyon 682 min manat təşkil etmişdi. Bank 2016-cı ildə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 117 milyon 659 min manat ayırmış, həmin ili 15 milyon 330 min manat zərər ilə başa vurmuşdu.
2016-cı illə müqayisədə “Bank of Baku”nun mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatlara ayırmasının kəskin azaldığı diqqəti çəkir. Bu, bankın gecikmədə olan kreditlərinin artım sürtənin aşağı düşdüyünə işarədir.
“Bank of Baku” 31 Dekabr 2017-ci il tarixində 399 milyon 860 min manat cəmi aktivlərə, 363 milyon 272 min manat cəmi öhdəliklərə və 36 milyon 587 min manat cəmi balans kapitalına malik olub.
“Bank of Baku” 31 Dekabr 2016-cı il tarixində 549 milyon 609 min manat cəmi aktivlərə, 476 milyon 741 min manat cəmi öhdəliklərə və 72 milyon 867 min manat cəmi balans kapitalına malik idi.
31 Dekabr 2017-ci il tarixində "Bank of Baku"nun məcmu kapitalı 24 milyon 611 min manat təşkil edib. 2016-cı ilin sonunda Bank 82 milyon 706 min manat məcmu kapitala malik idi.
Müştərilərə verilmiş kreditlər 2016-cı ilin sonundakı 252 milyon 322 min manatdan 197 milyon 694 min manata düşüb. Müştərilərin depozitləri isə 284 milyon 42 min manatdan 241 milyon 742 min manata geriləyib.
“Bank of Baku”nun Mərkəzi Bank dan aldığı kreditlərin 40 milyon manatını qaytarıb, nəticədə də bu öhdəlik 60 milyon manatdan 20 milyon manata düşüb.
Müştərilərin xəbərləri
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 13 d. əvvəl
-
19 d. əvvəl
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 27 d. əvvəl
-
40 d. əvvəl
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
-
45 d. əvvəl
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
- 47 d. əvvəl
-
1 saat əvvəl
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
-
1 saat əvvəl
Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - TAM VERSİYA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Dövlət xətti ilə 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə 3 milyard manatdan çox olacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - TAM VERSİYA
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
AFB Bank-da QR kod ilə ödəniş imkanı istifadəyə verildi
ABB-nin yeni istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR














.jpg)









