Bakıdan kəndə qayıdıb brend yaratdı
“ABAD”ın dəstəyindən yararlanan fermerlərdən biri də Balakən rayonunun Qullar kənd sakini Eldar Novruzovdur. O, uzun illər Bakıda yaşasa da, 20 il əvvəl kəndə qayıdıb, təsərrüfatla məşğul olmağa başlayıb. Novruzovlar ailəsi bir müddət sonra həyətlərində olan müxtəlif növ meyvələrdən cem və mürəbbə bişirməklə öz kiçik ailə biznesini yaradıb. Kustar üsulla hazırlanan bu məhsulların bir hissəsini yerli bazarda satışa çıxarıb, qalan hissəsini isə qohumlara, dost-tanışa veriblər.
Eldar Novruzov biznesini inkişaf etdirmək, istehsal potensialını genişləndirmək üçün “ABAD” layihəsindən faydalanmaq qərarına gəlib və bu məqsədlə Balakəndə fəaliyyətə başlayan “ABAD Mərkəzi”nə müraciət edib. İstehsalçının müraciəti “ABAD” tərəfindən müsbət qarşılanıb və ona zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteyner təqdim olunub.
“ABAD”la əməkdaşlıqdan məmnunluğunu ifadə edən Eldar Novruzov müsahibəsində deyib: “Bir ilə yaxındır ki, “ABAD”la əməkdaşlıq edirəm. Bizim üçün “4 fəsil” brendi yaradılıb. Artıq məhsullarımız ticarət şəbəkələrinə bu adla çıxarılır. Biz “ABAD”ın dəstəyindən çox məmnunuq. Hələlik 6 növ mürəbbə istehsal edirik. Gələcəkdə cem də istehsal etməyi planlaşdırırıq. İndiyədək satış üçün Bakı şəhərinə min bankaya yaxın mürəbbə göndərmişik. Bir o qədər də hazır məhsulumuz var. İnanıram ki, “ABAD”la əməkdaşlıq ailəmizin büdcəsinə daha çox gəlir gətirəcək”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)





