Ən böyük satınalma olaraq tarixə düşə bilər - 121 MİLYARDLIQ TƏKLİF
ABŞ-ın "Broadcom" şirkəti, yeni nəsil 5G texnologiyası sahəsində söz sahibi olmaq üçün "Qualcomm" şirkəti üçün etdiyi 105 milyard dollarlıq təklifini 121 milyard dollara qaldırıb.
"Broadcom Ltd"-nin verdiyi açıqlamaya görə, başda "Apple", "Samsung" və "LG" olmaqla bir çox markaya çip istehsal edən "Qualcomm" üçün hazırladığı təklifini yeniləyib.
Ötən ilin noyabr ayında 100 milyard dollarlıq təklif verən, sonra 105 milyard dollara qaldıran "Broadcom", təklifini 121 milyard dollar olaraq yeniləyib. "Qualcomm" şirkəti təklifi qəbul etdiyi təqdirdə 121 milyard dollarlıq bu satınalma texnologiya sahəsinin ən böyük satınalması olaraq tarixə düşəcəkdir.
"Marja" xəbər verir ki, açıqlamada təklifin son olduğu və hər bir "Qualcomm" səhmi üçün 60 dolları nağd, qalan 22 dolları "Broadcom" səhmlərindən ödənmək üzrə cəmi 82 dollarlıq paket təqdim olunduğu bildirilib.
Xəbərlərin ardından "Qualcomm"un səhmləri 2% dəyər itirərək 64.8 dolara düşüb, "Broadcom" səhmləri isə 1 faiz artımla 237.5 dollara çatıb.
"Qualcomm" tərəfindən verlən rəsmi açıqlamada təkliflə bağlı idarə heyətinin ətraflı qiymətləndirməsi başa çatmadan hər hansı bir şərh verilməyəcəyi bildirilib.
Satınalma reallaşarsa "Broadcom" və "Qualcomm" birliyi "Samsung" və "Intel"dən sonra çip istehsalçıları arasında 3-ci yeri tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 51 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb





.jpg)
.jpg)









.jpg)





