Bakı və regionlarda startap turları keçiriləcək
Startap hərəkatının inkişafına, gənclərin biznes ideyalarının həyata keçirilməsinə, innovasiyaların, texnologiyaların təşviqinin genişləndirilməsinə və yeni innovativ ideyaların reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Startap Azərbaycan” və “Youth İnc.” Biznes İnkubasiya Mərkəzi ilə birgə Bakı və regionlarda startap turları keçiriləcək. Startap turları “İdeyadan Biznesə” şüarı ilə ilk olaraq Qərbi Kaspi Universitetində təşkil ediləcək.
Startap turu iki hissədən - konfrans/treninq və startap müsabiqəsindən ibarətdir. Tədbirin əvvəlcədən proqramı tərtib olunacaq və müxtəlif mövzuları əhatə edən panel çıxışlar təşkil olunacaq.
Partnyor qismində biznes trenerlər/mentorlar, QHT-lər, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yerli şirkətlər, akselerasiya proqramları, ali təhsil müəssisələri, bölgələrdəki dövlət qurumları çıxış edir.
Qalib gələn layihələr mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.
Startap Turu əsasən Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən İnkubasiya Mərkəzləri yaradılan təhsil ocaqlarının yerləşdiyi regionları - Bakı, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki və Zaqatalanı əhatə edəcək.
Startapçılar tərəfindən hazırlanan təqdimatlar mütəxəssislər tərəfindən yoxlanılacaq və hər bölgə üzrə qaliblər seçiləcək.
Qaliblər Bakıda keçirilən Startap turunun final mərhələsində iştirak hüququ qazanacaq.
Startap turunun final mərhələsi üçün qalib seçilən layihələr təqdimat və finala qədər prototip/dizayn hazırlayacaq, hər startap layihəsinin təqdimatından sonra münsiflər tərəfindən sual-cavab və qiymətləndirilmə keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















.jpg)
