Pərviz Şahbazov və Aleksandr Novak görüşüb
Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.
Rusiyanın Energetika Nazirliyinin yadığıməlumata görə, tərəflər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Prioritet istiqamətləri kimi neft məhsulları ilə təminat sahəsində əməkdaşlıq, təbii qazla təminat məsələləri, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlıq sahəsi qeyd olunub.
Görüş zamanı OPEC+ formatında sazişlərin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə, A. Novak neft bazarını sabitləşdirmək üçün Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin birgə səylərinə verdiyi töhfəni qeyd edib.
Rusiya-Azərbaycan əməkdaşlığının mühüm perspektivli istiqaməti kimi Qaz İxrac Edən Ölkələrin Forumu formatında əməkdaşlıq da müzakirə olunub. Forumun işində mühüm rolu Qaz İxrac Edən Ölkələrin Forumunun Qaz İnstitutu oynayacaq.
"İnanırıq ki, institut forumun üzvü olan ölkələrin aparıcı elmi təşkilatlarının səylərini birləşdirən əsas koordinasiya mərkəzinə çevriləcək", - A. Novak əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























