"Azərbaycan Tələbə kartı"nın iştirakçı şirkətləri arasına qoşulub
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında yer alan "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi yarımbəndinə uyğun olaraq 2012-ci ildən etibarən Azərbaycanda bütün tələbələrə «Azərbaycan Tələbə Kartı" təqdim edilmişdir.
Layihənin icraçıları AR Gənclər və İdman Nazirliyi və AR Təhsil Nazirliyidir. Layihənin icrasının bir hissəsi aidiyyatı qurumlar tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına tapşırılmışdır.
Artıq "Günay Sığorta" şirkəti də "Azərbaycan Tələbə kartı" layihəsinin iştirakçı şirkətləri arasına qoşulub. Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, bu kart vasitəsi ilə tələbələrimiz Günay Sığortadan təhsil, səyahət, yarış və s. məqsədlər üçün dünyanın istənilən ölkəsinə səfər edərkən 20% endirimlə səyahət sığortasını əldə edə bilərlər.
Azərbaycan Tələbə Kartı "Avropa Gənclər Kartı (European Youth Card) " şəbəkəsinin daxilində fəaliyyət göstərir. Avropanın 37 ölkəsində 5 milyondan çox kart tələbələrə təqdim olunub və beləliklə Avropada təhsil alan tələbələrimiz də ölkəmizdə səfərdə olarkən bu güzəştdən yararlana bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
30 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
32 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















