“Azercell”dən 103 milyon manatlıq etiraf
Bağlanan banklarda “Azercell Telekom” MMC-nin 103 milyon manatdan çox vəsaiti qalıb.
Bu barədə "Marja"nın sorğusuna cavab olaraq MMC-dən bildirilib.
“Azercell Telekom” MMC məsuliyyətli və şəffaf biznes siyasətini əsas tutaraq, öz fəaliyyəti ilə əlaqədar maliyyə və digər göstəriciləri qanunvericilikdə müəyyən edilən qaydada ictimaiyyətə açıqlayır. Məlum olduğu kimi, ötən il bəzi bankların fəaliyyətinin dayandırılması ilə bağlı, müxtəlif hüquqi və fiziki şəxslər ilə yanaşı “Azercell Telekom” MMC-nin də həmin banklarda ümumi məbləği 103 milyon manatdan çox olmayan müxtəlif həcmli vəsaitləri müvəqqəti dondurulmuşdur.
Eyni zamanda bildirmək istəyirik ki, sırf gəlirlilik baxımından 2017 ildə “Azercell Telekom” MMC son 5 ilə nisbətdə ən yüksək nəticə əldə edib. Belə ki, 2017-ci il üzrə gəlirlərin 5, EBİTDA göstəricisinin isə 1.2% artımına nail olunub", - şirkətdən bildirilib.
Qeyd edək ki, “Azercell Telekom” 2017-ci ili 19 milyon 357 min manat zərər ilə başa vurub. Bu zərərin səbəblərindən birinin də banklarda dondurulmuş vəsaitlər olduğu ehtimal edilir. Daha ətraflı: http://marja.az/news/21320 Həmçinin ötən illərdə dolların bahalaşması ilə idxal olunan avadanlıqların Manat ilə ifadədə alış xərclərinin artması və öncədən büdcəyə ödənilmiş vergi şirkətin zərərinin yaranmasının digər səbəbləri ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















