"PASHA Bank Georgia" “Caspian Energy Forum Tbilisi -2018”in sponsoru olub
PASHA Bank Georgia 2018-ci il aprelin 18-də keçiriləcək 5-ci beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”nin sponsoru olub.
PASHA Bank Georgia-nın Direktorlar şurasının sədri və baş icraçı direktoru Arda Arkun hər il təşkil olunan və artıq iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin müzakirsi üçün ənənəvi meydana çevrilmiş Caspian Energy Forum-un təşkilinin əhəmiyyətini vurğulayıb.
“Caspian Energy Forum-un Tbilisidə keçirilməsi Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın möhkəmlənməsi, həmçinin biznes-hökumət diaqlounun inkişafı, işgüzar əlaqələrin qurulması, ideya, layihə və innovasiya məhsullarının realizə olunması nöqteyi-nəzərindən bu gün xüsusilə aktualdır”, - deyə Arda Arkun deyib.
Baş ofisi Bakıda yerləşən, Azərbaycan, Gürcüstan və Türkiyədə təmsil olunan, həmçinin iri və orta sahibkarlıq üçün korporativ və investisiya bankçılığı xidməti göstərən PASHA Bank maliyyə institutudur.
PASHA Bank Georgia müştərilərə ikiqat diqqət ayırmaqla korporativ bank xidməti göstərmək üzrə ixtisaslaşıb. PASHA Bank həm müstəqil şəkildə, həm də iri bank sindikatları çərçivəsində rəqabətli faiz dərəcələri və hər bir müştərinin tələbat və imkanlarını nəzərə alaraq fərdi bank xidmətləri təklif edir.
“Caspian Energy Forum Tbilisi – 2018”nin açılışında Gürcüstanın Baş-naziri Georgi Kvirikaşvili və Gürcüstanın iqtisadi blokunu təmsil edən hökumət üzvlərinin iştirakı planlaşdırılır.
5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə rəsmi dəstəyi Gürcüstan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Caspian European Club göstərir.
İldə bir neçə də Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində keçirilən Caspian Energy Forum biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılması, transmilli şirkətlərlə orta və kiçik biznes nümayəndələri ilə görüşlərin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydandır.
“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 300-dən 500-dək deleqat iştirak edəcək.
Yenilənmiş spiker siyahısı və forumun proqramı ilə www.caspianenergyforum.com saytında tanış ola bilərsiniz.
Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
Qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/prague/index.php/ru/ saytına daxil olun.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 24 d. əvvəl
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















