ABŞ-ın xam neft ehtiyatları və hasilatı artıb - QİYMƏTLƏR DÜŞÜR
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,6 milyon barel (0,4 faiz) artımla 429,9 milyon barelə çatdığını açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 0,3 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,6 milyon barrel geriləmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 665,5 milyon barreldə sabit qalıb.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə ötən həftə 3,5 milyon barrel (1,4 faiz) azalaraq 239,6 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,7 milyon barrel azalma göstərmişdi.
Xam neft hasilatı son 11 həftədə 10 dəfə yüksəlib
ABŞ-ın xam neft idxalı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,07 milyon barel artımla 8,15 milyon barelə qalxıb, xam neft ixracı da gündəlik orta hesabla 5 min barel artımla 1,58 milyon barelə çatıb.
ABŞ-ın xam neft hasilatı keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 26 min barel artımla 10,43 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft hasilatı rekord səviyyəyə çatıb. ABŞ-da xam neft hasilatı son 11 həftədə 10 dəfə artım göstərmişdir.
EIA-nın Mart 2018 hesabatına görə, ölkənin builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel, gələn il isə gündəlik orta hesabla 11,3 milyon barrel olması nəzərdə tutulur.
Məlumatın açıqlanmasından sonra neft qiymətləri düşüb. Bakı vaxtı ilə saat 21:50-yə olan məlumata görə, Brent neftinin qiyməti 1%-dən çox düşərək 69,39 dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
9 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 13 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
















.jpg)






