Sıxıcı bir işlə necə baş edə bilərik?
İş yerinizdə, işinizi edərkən sıxılırsınız? Bu heç yaxşı deyil. Aparılan son araşdırmalarda insanların can sıxıntsından ölə biləcəyi ortaya çıxdı. Görünən odur ki, depressiya və stressin rəvac verdiyi xəstəliklər ciddi nəticələr doğura bilir.
Hər səhər qalxıb, sevmədiyiniz, sıxıldığınız bir işə getmək üçün hazırlaşmaq, bütün günü o işdə keçirmək bədəninizdə olmasa da, ruhunuzda dağıdıcı təsirlər yarada bilər. Bu vəziyyətdən xilas olmaq üçün aşağıdakı 5 addımı izləyə bilərsiniz:
1. İş sıxıcıdır, yoxsa işin gündəlik atmosferi?
İşinizdən sıxıldığınızı hiss etdiyinizdə, işinizə qarşı həyəcan duyduğunuz günləri xatırlamağa çalışın. Keçmişdə indiki vəzifənizi qəbul etdiyinizə görə, ən azından bir zamanlar işinizə görə həyəcan duymuş olmalısınız. Bu keçən zaman ərzində nə baş verdi? Nə dəyişdi? Vəziyyəti başa düşməyinizdə fayda var.
Özünüzə bu sualları verin:
A) İşimin bugünkü ən sıxıcı qismi nə idi?
B) Daha əvvəl bu vəziyyətdən şikayət etmişəmmi?
C) İşimin ən çox həzz aldığım istiqamətləri nələrdir?
D) İşə başlayandan bu yana məni bu nöqtəyə gətirən nədir? Vəzifəmdə, iş yerimdə nə dəyişdi?
E) Şirkətimdə bənzər vəzifələrdəki vəziyyət eynidirmi?
2. Problem nədir? Rəhbərinizmi, yoxsa rəhbərinizlə olan münasibətinizmi?
Nəyin dəyişdiyini və işinizdə "sıxılmış" hiss etməyinizə yol açdığını həqiqətən vaxt ayıraraq düşünün. Bu bəzi cavabları tapmağınıza kömək ola bilər. Özünüzə yuxarıdakı sualları verdikdən sonra əsas sual verilməsi lazım olan sualı soruşun: "Problem nədir?".
Yaşadıqlarınızın təməlində rəhbərinizi görmürsünüzsə, məsələni ona danışın. Çıxış yolu tapmaq üçün təkliflərini alın. Bəlkə fərqli layihələrdə yer almağınızı təmin edərək bir fəaliyyət sahəsi yarada bilər.
Rəhbərinizin sosial bacarıqları, ünsiyyət qurma bacarığı güclü deyilsə belə, yenə də danışmaqdan çəkinməyin. Bəlkə də səmimi bir ünsiyyət qurmağınız üçün bu vəziyyət bir fürsətdir. Bəlkə də rəhbəriniz sizi motivasiya etməsi lazım olduğunu bu fürsətlə başa düşmüş olar.
3. Şirkətinizdə bir başqa mövqeyə keçməyi düşünün.
Mövcud rolunuzda "nəfəs almaq" şansı tapa bilmirsinizsə, iqtisadiyyatın yavaşladığı, şirkət xaricində iş seçimlərinin azaldığı dövrlərdə ən yaxşı variant şirkət içi növbəyə girməkdir. Bunun nəticəsində həm böhran keçənə qədər sığınacaq bir liman tapmış olarsınız, həm də yeni təcrübələr kəşf edərək şəxsi inkişafınızı davam etdirə bilərsiniz. Nə zaman, şirkətinizdə diqqətinizi çəkən boş rollar varsa, namizəd olmaqdan çəkinməyin.
4. Fasilə verin.
İstefa etməyi ağlınıza qoymusunuzsa, qərarınızı rəhbərliyinizlə bölüşmədən öncə bir fasilə verib düşünməyinizdə fayda var. 3 - 5 gün üçün də olsa illik icazədən istifadə edin. Öncə dincəlib rahatlamağa çalışın, sonra işinizdə nələr yaşadığınızı nəzərdən keçirin. Beyninizin aydınlanmağına icazə verin. Şirkətiniz xaricində təcrübəli, özünüzdən yaşca böyük birindən və ya bir dostunuzdan fikir ala bilərsiniz. Durub düşünmək üçün fasilə verin. Son addımı atmazdan əvvəl sakit başla vəziyyəti nəzərdən keçirin.
5. İşdən ayrılın.
Heç bir şəkildə sıxıldığınız işinizdə rahatlama imkanı tapa bilmirsinizsə, bir çıxış nöqtəsi görə bilmirsinizsə, ayrılma vaxtınız gəlmiş deməkdir.
Bacarıqlarınızı, potensial enerjinizi daha yaxşı istifadə edə biləcəyiniz , xoşbəxt olacağınız işi tapmaq üçün addım atın. Axtarış prosesində, yeni işinizdə hansı faktorların sizi xoşbəxt edəcəyinə diqqət yetirin.
Vaxtınızın çoxu işdə və ya işlə bağlı şeylərlə keçir. Çarəsi olmayan halda ayrılmaq ən yaxşı çarə ola bilər. Dünyaya bir dəfə gəlmisiniz. Onun da içindən çıxa bilmədiyiniz bir can sıxıntısıyla keçməsinə icazə verməyin.
Müəllif: Babək Bayramov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
-
50 d. əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
2 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
2 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
3 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib

















.jpg)







