PROKON: Karbamid zavodunun tikintisini yekunlaşdırırıq
Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi sahəsində törəmə müəssisəsi olan PROKON, SOCAR karbamid zavodunda aparılan tikinti işlərini yekunlaşdırmışdır və hazırda zavodda son buraxılış-sazlama işləri həyata keçirilir. Bu barədə "Marja"ya şirkətdən bildirilib.
PROKON, mühüm əhəmiyyət kəsb edən SOCAR karbamid zavodunun tikinti layihəsi çərçivəsində layihənin baş podratçısı Samsung Engineering Co., Ltd. ilə əməkdaşlıq edərək tikinti işləri üzrə əsas podratçı qismində çıxış etmişdir. Bakıdan 35 km şimalda yerləşən zavod, vahid kompleks olaraq zəngin təbii qaz ehtiyatlarını xammal kimi istifadə edərək gündəlik 1,200 metrik ton ammiak və 2,000 metrik ton karbamid istehsalı üçün nəzərdə tutulub.
Məlumatda qeyd edilir ki, zavodda ammiak istehsalı qurğuları, karbamid istehsalı qurğuları və karbamid üçün daşınma qurğularının tikintisi və quraşdırılması tamamlanmışdır, zavodun istismara verilməsi üçün buraxılış-sazlama işləri davam etdirilir.
PROKON bu layihə çərçivəsində aşağıdakı işləri həyata keçirmişdir: torpağın qazılaraq çıxarılması (120,380 m3), torpağın təkrar doldurulması (55,800 m3), beton işləri (51,500 m3), tikinti (7,587 m2), boruların istehsalı və montajı işləri (371,410 WDI), çənlərin quraşdırılması (ümumi tutumu 31,130 m3 olan 16 çən), metal-polad konstruksiyaların montajı (7,560 ton), elektrik kabellərin çəkilişi (591,328 m), nəzarət-ölçü cihazları üçün kabellərin çəkilişi (446,613 m), boya işləri (125,000 m2) və bütün digər müvafiq işlər.
"Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi, 2012-ci ildə Azərbaycanda yaradılan PROKON qısa müddətdə tikinti sənayesində genişmiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir.
PROKON həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. PROKON, eləcə də Nobel Oil, şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyoru” statusuna layiq görülmüşdür",- Şirkətin məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)








.jpg)








