Bakı Media Mərkəzi dünya şəhərlərindən bəhs edən səyahət verilişi hazırlayır
Bakı Media Mərkəzi dünyanın ən məşhur şəhərlərindən bəhs edən səyahət verilişinin çəkilişlərinə başlayıb.
Mərkəzin yaydığı məlumata görə, həm əyləncəli, həm də maarifləndirici olan bu verilişin məqsədi dünya şəhərlərini seyr edib, onların görsənən və görsənməyən tərəflərini Azərbaycan tamaşaçısına təqdim etməkdir. Tamaşaçılara artıq tanış olan - “Oralar" adı altında efirə gedəcək veriliş hər bazar ATV kanalında saat 12:00-da yayımlanacaq.
Layihəyə peşəkar komanda cəlb olunub və çəkilişlər ən müasir avadanlıqla aparılır.
Oralar"ın yenilənmiş formatına görə, verilişin üç aparıcısı olacaq və onlar getdikləri şəhərlərə üç fərqli bucaqdan baxacaqlar.
Populyar bloqer Turanə Hüseynlini qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanları maraqlandırır, teleaparıcı Azər Qərib şəhərlərin lyuks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını göstərir, tanınmış idman jurnalisti Rüstəm Əfsərli isə turistlərin görmədikləri, bilmədikləri yerlərdə olacaq, büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərəcək.
“Oralar”ın ilk buraxılışı Xorvatiyanın paytaxtı Zaqreb şəhəri barədədir və veriliş 8 aprel - bazar günü saat 12:00-da ATV kanalında yayımlanacaq. Tamaşaçılar verilişi, həmçinin “Oralar”ın Facebook səhifəsində və Youtube kanalında da izləyə biləcəklər.
Qeyd edək ki,Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, LinkedIn, İnstagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



